GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Paşinyanın həyat yoldaşının saxta sülh çağırışı - Qarabağda xidmət edən Aşot - ŞƏRH

Paşinyanın həyat yoldaşının saxta sülh çağırışı - Qarabağda xidmət edən Aşot - ŞƏRH

Tarix: 9-04-2019, 14:24 Bölmə :Dünya Baxış: 327
Paşinyanın həyat yoldaşının saxta sülh çağırışı - Qarabağda xidmət edən Aşot - ŞƏRH



Bütün işğallar bir gün başa çatır. İşğalçı ələ keçirdiyi torpaqların ona məxsus olmadığını və öz hərbçilərinin həmin ərazilərdə boş yerə öldüyünü başa düşəndə bu proses başlaya bilər. Ən böyük imperiyalar belə işğal etdikləri torpaqlardan çıxıb

Gəlin, bir az konkretləşdirək. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarını 27 ildən çoxdur işğal altında saxlayır. Erməni hərbçilər Azərbaycana qarşı olan qüvvələrin iddia və hikkəsinin qurbanına çevrilir. Torpaqları işğal altında saxlamaq üçün həm də böyük maliyyə vəsaiti sərf edilir. Həmin maliyyə vəsaitləri isə müxtəlif sponsorlar tərəfindən verilir. Başqa sözlə, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında öz hərbçilərinin qanını kimlərinsə istəklərinə satır.
Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan maliyyə vəsaiti toplamaq üçün ABŞ-da səfərdədir. ABŞ-ın Boston ştatındakı erməni icması onun başçılıq etdiyi “Təbəssüm şəhəri” xeyriyyə fonduna 150 min dollar ianə verib. O, bu istiqamətdə ştatlarda “xeyriyyəçilik” adı altında tədbirlər keçirir, ianələr toplayır. Anna Akopyan həmin maliyyə vəsaitinin Ermənistanda xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara sərf ediləcəyini deyir. Bu məsələdə onun həssas insanların heysiyyatından istifadə etdiyi istisna olunmur. Ermənistanda əvvəllər də insanların xeyriyyəçilik hisslərinin istismar olunması barədə çoxsaylı faktlar var. Yəqin “Hayastan” Ümumerməni Fondunun fəaliyyətini yada salmaq yetərlidir. Bu baxımdan, Anna Akopyanın xeyriyyəçiliyinin də sonunun uğurlu olmayacağı ehtimalı az deyil. Müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqları müalicə etməyə pul tapmayan Ermənistan Azərbaycan torpaqlarını hansı maliyyə vəsaiti hesabına işğal altında saxlayır? Bu baxımdan, “xeyriyyəçilk” adı altında işğalı himayə edənlərin bu ölkənin hesabına yardımlar da köçürdüklərini ehtimal etmək olar. Sadəcə, həmin vəsaitin “xərçəngdən əziyyət çəkən uşaqların müalicəsinə” sərf edilməsi adı altında pərdələyirlər. Ümumiyyətlə, ötən illər ərzində Ermənistana edilən ianələrlə bağlı şəffaflıq təmin edilməyib. Həmin pulların mənşəyi də şübhəli ola bilər. Çirkli pulların yuyulmasında həmin ianələrdən istifadə edilməməsinə də təminat yoxdur. Çünki bu fəaliyyətə nəzarət yoxdur. Anna Akopyanın da topladığı vəsaitin Azərbaycan torpaqlarının işğalının uzadılmasına xərclənməyəcəyi istisna edilmir. O zaman hökumət başçısının həyat yoldaşının “sülh”lə bağlı etdiyi çıxış və çağırışlar da sülhsevər dünya ictimaiyyətinin rəyini aldatmaqdır.

Deməli, Ermənistan baş nazirinin xanımı ABŞ-da “Amerikanın səsi” radiosunun ermənicə redaksiyasının suallarını cavablandırıb. O, Qarabağda erməni əsgərinin boş yerə ölməsindən narahat olduğunu vurğulayıb. Annanın oğlu Aşot Akopyan işğal altında olan Dağlıq Qarabağda xidmət edir. Belə çıxır, Aşot Qarabağda boş yerə ölə bilər. O zaman öz övladını işğal edilən torpaqlara göndərməyə nə ehtiyac var. Bu, azmış kimi, Akopyan belə davranışı ilə başqa anaların da oxşar addımlar atmasına nümunə olmağa çalışır. Oğlunu Qarabağda xidmət etməyə yola salarkən Nikol Paşinyan Aşotun Qarabağda ölməsini istəmədiyini bildirmişdi. Onda rəsmi Yerevan Ermənistanın başqa analarının övladlarının Azərbaycan torpaqlarını işğal altında saxlamağa və bu pis niyyətin qurbanı olmağa niyə yol verir? Onda Nikol Paşinyan və Anna Akopyan özgə torpaqlara göz dikmək kimi xəstə təfəkkürün əsirliyindən xilas ola bilmirlər. Erməni əsgərlər Qarabağda ona görə boş yerə ölür ki, bu ərazilər nə ermənilərə, nə də Ermənistana aid deyil. Paşinyanın oğlu Qarabağda boş yerə öləcək. Çünki bu torpaqlar ermənilərə və Ermənistana aid deyil. Müharibə istəməyən ana övladını dövlətinə aid olmayan torpaqda ölməyə göndərməz. O zaman belə qənaətə gəlmək olar ki, Anna Akopyanın “Ermənistanın minlərlə əsgəri heç nəyə görə Dağlıq Qarabağda həyatlarını itirib” bəyanatı beynəlxalq ictimaiyyəti və ölkə əhalisini aldatmağa yönəlib.
Əslində, “Yeni müharibə - yeni ərazi. Biz rəqibin ərazisində hərbi fəaliyyət göstərə bilmək üçün taqımların sayını artırmalıyıq”, - deyən Ermənistanın müdafiə naziri David Tonoyan da Anna Akopyansayağı sülhdən danışaraq müharibə etmək arzusunda olmadıqlarını bildirib. David Tonoyan və oğlunu Qarabağa işğalçı ordunun tərkibində hərbi xidmətə göndərən Anna Akopyan sülhdən danışmaqla özlərini, istəklərini gizlədə bilmirlər. İşğalçı adı ilə deyilməyənədək Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli mümkünsüzdür.

Nəhayət, Nikol Paşinyan ötən gün jurnalistlərə açıqlamasında aparılan danışıqların üzərinə kölgə salaraq səmərəsiz olduğunu söyləyib: “Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqları Serj Sarqsyanın nöqtə qoyduğu yerdən deyil, öz hesabımla aparıram. Bu, çaşqınlıq yaradır. Bu, çox vacib nüansdır. Qarabağ münaqişəsi tənzimlənməyib. Danışıqların heç biri səmərəli deyil”.
Son olaraq, sülhdən danışan erməni ictimaiyyəti və rəsmilərinin arzusunun reallaşması isə Ermənistan əsgərlərinin Azərbaycan torpaqlarından çıxmasından keçir. Belə halda Akopyanın mənsub olduğu etnik qrupun hərbçiləri başqa dövlətin torpaqlarında boş yerə ölməyəcək, intihar etməyəcək. Onda akopyanlar müxtəlif bəhanələrlə ABŞ-da, Avropa ölkələrində ianə toplamayacaq. Anna və başqa erməni anaları da oğullarının Qarabağda öləcəyindən narahat olmayacaq. Danışıqların səmərəli olması üçün Anna Akopyanın oğlu Aşot və başqaları Ermənistan sərhədləri daxilində hərbi xidmət etməlidir. Bütün müharibə və münaqişələr bir gün sona çatır. Ermənistan ordusunun timsalında Paşinyanın oğlu da bir gün Qarabağdan çıxarılacaq. //report
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Minlərlə əsgərimiz Qarabağda boş yerə öldü...” - BUNU PAŞİNYANIN ARVADI DEYİR

    “Minlərlə əsgərimiz Qarabağda boş yerə öldü...” - ...

    8-04-2019, 16:15

  • 
  • İtaliyalı senator: "Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətrafdakı yeddi rayonunu işğal altında saxlayır"

    İtaliyalı senator: "Ermənistan Azərbaycanın ...

    1-03-2019, 10:24

  • 
  • Paşinyan işğal altında olan Dağlıq Qarabağa gəlib

    Paşinyan işğal altında olan Dağlıq Qarabağa gəlib ...

    2-11-2018, 12:46

  • 
  • Paşinyanı Qarabağda ayılar qarşılayıb – Ermənistanın baş naziri şoumen rolunda

    Paşinyanı Qarabağda ayılar qarşılayıb – ...

    19-09-2018, 13:46

  • 
  • Erməni silahlı bölmələri işğal altındakı Azərbaycan torpaqlarında təlimlər keçirir

    Erməni silahlı bölmələri işğal altındakı ...

    3-05-2018, 10:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu