İstanbul bələdiyyəsinə təkrar seçki keçirilə bilər.
Bu barədə MHP sədri Dövlət Baxçalı açıqlama verib.
O, martın 31-də keçirilmiş seçkinin insanların qəlbində sual yaratdığını bəyan edib: "60 gündən sonrakı ilk bazar günü seçki keçirilə bilər. Bundan inciməyə gərək yoxdur".
Xatırladaq ki, İstanbul bələdiyyəsinə keçirilən seçkidə CHP-li Əkrəm İmamoğlunun iqtidarın namizədi Binəli Yıldırıma 16 min səs fərqi ilə qalib gəldiyi açıqlanıb.
Lakin hakim AKP və MHP buna etiraz edir, seçkidə saxtakarlıq olduğunu bildirir.//mia.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?