Çexiya məhkəməsi Ermənistanın eks-prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyanın ekstradisiyası haqqında məsələni nəzərdən keçirməyi dayandırıb.
Gundemxeber.Az xəbər verir ki, məlumatı “Newsarmenia” yayıb.
Bildirilib ki, bu günlərdə Ermənistan Baş Prokurorluğunun sorğusu əsasında Praqa məhkəməsi Narek Sarqsyanın ekstradisiyasını nəzərdən keçirib.
Məlumata görə, məhkəmə bu işə baxılmasını dayandıraraq Narek Sarqsyanın qaçqınlar üçün nəzərdə tutulan düşərgəyə göndərib.
Bildirilib ki, onun Çexiyada istifadə etdiyi saxta pasport əldə etməsi məsələsinə isə ayrıca iş kimi baxılır.
Ermənistan Baş Prokurorluğundan isə xəbərdar edilmədiklərini vurğulayıblar: “Bu adamın Ermənistana təhvil verilməsi prosesi davam edir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?