Sudan hərbçiləri prezidentin və hökumətin istefaya göndərildiyini bəyan ediblər.
Gundemxeber.az-ın məlumatına görə, bundan əvvəl Xartumda Sudan ordusunun Baş komandanlığının təcili iclası keçirilib. Prezident Ömər əl-Bəşir iclasda iştirak etməyib.
X X X
08:07
Sudan ordusu yaxın zamanda təcili bəyanatla çıxış edəcək.
Bu barədə "əl-Hədəs" telekanalı xəbər verir.
Bildirilir ki, ölkənin paytaxtı Xartumdan hərbi çevriliş haqqında məlumatlar daxil olur.
Telekanalın məlumatına əsasən, hazırda Xartumda Sudan ordusunun Baş komandanlığının təcili iclası keçirilir. Prezident Ömər əl-Bəşir iclasda iştirak etmir.
Paytaxtın küçələrində əlavə təhlükəsizlik tədbirləri görülür. Zirehli texnikalar Prezident sarayının yaxınlığına gətirilir.
Sudanın radiostansiyaları və telekanalları hərbi marşlar yayımlayırlar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?