Aprelin 14-də İran parlamentində keçirilən növbəti iclasların birində qəribə hadisə yaşanıb.
Gundemxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, fotoqraf Maryam Kamyab tərəfindən çəkilmiş fotoda Hormozqan vilayətindən olan millət vəkili Xocatoleslam Zolqadın ayağını masanın üzərinə qaldıraraq telefondan istifadə etdiyi görünür.
Qısa zamanda yerli KİV-də və sosial şəbəkələrdə yayılan bu görüntü müzakirələrə səbəb olub. Deputatın Milli Məclisdə bu qədər rahat davranması tənqid olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?