GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Bu gün Moskvada kritik Qarabağ görüşüdür - "Lavrov planı" YENƏ MASADA

Bu gün Moskvada kritik Qarabağ görüşüdür - "Lavrov planı" YENƏ MASADA

Tarix: 15-04-2019, 16:19 Bölmə :Dünya Baxış: 425
Bu gün Moskvada kritik Qarabağ görüşüdür - "Lavrov planı" YENƏ MASADA


Azərbaycan və Ermənistan XİN başçıları Sergey Lavrovun iştirakı ilə Rusiya paytaxtında nələri müzakirə edəcək?; Elmar Məmmədyarov “mənimlə anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaq” xəbərdarlığından sonra ilk dəfə Mnatsakanyanla qarşı-qarşıya gəlir; politoloq: “Nazirləri görüşdürürlər ki, heç olmasa payıza qədər toqquşma ehtimalını önləsinlər”

Bu gün, aprelin 15-də Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı növbəti görüşü olacaq. Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasındakı budəfəki görüş Rusiya paytaxtında keçiriləcək.

Martın 28-də Vyanada, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutan görüşdə Azərbaycan və Ermənistan XİN başçılarının Moskvada bir araya gətirilməsi barədə razılıq əldə olunmuşdu. Rusiya paytaxtında keçiriləcək görüşün hansı zərurətdən irəli gəldiyi açıqlanmasa da, görünən budur ki, rəsmi Moskva prosesləri nəzarət altında saxlamağa çalışır. Bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov ayrı-ayrılıqda həm ermənistanlı, həm də azərbaycanlı həmkarı ilə bir araya gəlmişdi və bu görüşlərin hər ikisi Rusiyada baş tutmuşdu. Maraqlısı bu idi ki, Zöhrab Mnatsakanyanın qəfildən “itməsi” barədə xəbərləri elə erməni mənbələri yaymışdı. Sonradan onun Lavrovun hüzuruna getdiyi bəlli oldu. Ehtimal olunurdu ki, Ermənistan XİN rəhbəri liderlərin qarşıdakı görüşü ilə bağlı təlimat almaqdan ötrü Rusiyaya uçub. Azərbaycan XİN başçısı Elmar Məmmədyarov isə Lavrovla görüşdən sonra Ermənistana ünvanlı kifayət qədər sərt mesajları ilə diqqət çəkmişdi. Nazir bildirmişdi ki, Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünun Moskvada keçirilməsini və görüşdə iştirak etməsini istəyir.

Qeyd edək ki, həmsədrlərin təşəbbüsü ilə keçirilən Paris görüşündə nazirlər arasında dörd saatlıq müzakirələr aparılmışdı və yekun sənədində tərəflərin xalqları sülhə hazırlamaqla bağlı razılaşma əldə etdikləri açıqlanmışdı. Bunun ardınca liderlərin bir dəfə qeyri-rəsmi, bir dəfə isə rəsmi səviyyədə Qarabağ məsələsini müzakirə etməsi və bütün bu görüşlərin Avropada baş tutması Rusiyanı narahat etməyə bilməzdi. Kreml Qarabağ məsələsinə bölgədə qalmağın vacib elementi kimi baxdığından prosesə təsir imkanlarını daim saxlamağa çalışır. Bu mənada Lavrovun təşəbbüsləri əbəs deyil. Şimal qonşumuz əvvəlcə xalqların sülhə hazırlanması, növbəti görüşdə isə humanitar əlaqələrin qurulması barədə anlaşmanın əldə olunmasını sakit qarşılaya bilməzdi. Düzdür, hər görüşdən və razılaşmadan sonra Ermənistanın destruktiv fəaliyyəti müşahidə olunub və bu da danışıqların perspektivinə ümidləri heçə endirib. Ancaq istisna deyil ki, Rusiya Ermənistana etibar etmədiyi üçün onu Qərb dairələri ilə baş-başa buraxmaq istəmir. “Soros uşaqları”ndan ibarət olan Nikol Paşinyan hökumətinin Qərbin diktəsi ilə oturub-durması şəraitində Moskva narahat olmaya bilməz. Odur ki, Rusiyanın yenidən “Lavrpov planı”nı masaya çıxara biləcəyi də səslənən gümanlar sırasındadır.

“Lavrov planı” prezidentlərin 2012-ci ildə, Kazan şəhərindəki görüşündən sonra gündəmə gəlib. Bu planda vurğulanırdı ki, 5 rayonun qaytarılması üçün prinsipial olaraq razılaşdırılıb. Ancaq hesab olunur ki, bu plan Azərbaycanın tələyə salınmasından başqa bir şey deyil. 2016-cı ilin aprel döyüşlərindən sonra xarici ölkə rəsmiləri arasında ilk olaraq özünü İrəvana yetirən Rusiya XİN rəhbərinin sonrakı dönəmlərdə açıq-aşkar ermənipərəst siyasət yürütməsinin hamılıqla şahidi olmuşuq. Bu mənada Lavrovun hazırladığı tənzimləmə variantının Azərbaycanın milli maraqlarına uyğun olduğuna ancaq sadəlövhlər inana bilər. O da istisna deyil ki, Rusiya XİN rəhbəri hərtərəfli tellərlə bağlandığı Ermənistanı müharibə riskindən xilas etmək üçün növbəti görüşə təşəbbüs göstərib. Reallıq budur ki, Ermənistan rəhbərliyinin son davranışları, Azərbaycanın yeni ərazilərini işğal edə biləcəyi ilə bağlı sərsəm bəyanatlar verən müdafiə naziri David Tonoyanın dedikləri, N.Paşinyanın onu açıq müdafiə etməsi rəsmi Bakının kəskin reaksiyalarına səbəb olub. Qeyd edək ki, Tonoyan “ərazilər əvəzinə sülh formatını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik, biz hücum bölmələrinin sayını artıracağıq ki, döyüş əməliyyatlarını düşmən ərazisində apara bilək” deməklə müdafiə naziri Zakir Həsənovun “İrəvanda görüşəcəyik” xəbərdarlığını aldı. Münasibətlərin çox kəskin olduğu göz önündədir. İş o yerə çatıb ki, proseslərə kifayət qədər soyuqqanlı reaksiya verən E.Məmmədyarov da düşmən ölkəyə “mənimlə anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaq” mesajını verib. Belə olan şəraitdə aprel döyüşlərinin hər an təkrarlana biləcəyi heç kimdə şübhə doğurmur. S.Lavrov istəməz ki, yenidən ermənilərin vayına şahidlik etsin. Azərbaycan ordusunun budəfəki zərbələrinin daha dəhşətli olacağına ermənilər də əmindir.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin fikrincə, Rusiya, xüsusən xarici işlər naziri Sergey Lavrov çalışacaq ki, müzakirələr üçün predmetli məsələni ortaya çıxarsın: “Rusiyanın bu məsələdə əlində olan əsas variantı 5 rayonla bağlıdır. Rusiya mətbuatı görüş öncəsi işğal olunmuş 5 rayonun geri qaytarılması müqabilində Dağlıq Qarabağın statusu məsələsinin razılaşdırılması və bölgəyə sülhməramlı qüvvələr gətirilməsi və bu kimi məsələləri gündəmə gətirir. Ancaq hesab edirəm ki, bu, ağlabatan variant deyil. Rusiya moderator kimi imitasiya edəcək və danışıqları irəlilətməyə çalışdığını göstərəcək. Hesab edirəm ki, budəfəki danışıqlarda da irəliyə doğru addım atmaq mümkün olmayacaq”. Politoloq azvision.az-a bildirib ki, nədənsə Moskvanın təşəbbüsü ilə məsələlər qaldırılanda həmişə cəbhədə gərginlik yaranır. “Görünür, cəbhə xəttində gərginliyi artırmaq ermənilərin məqsədi imiş. Ona görə də bir-birinin ardınca Tonoyan və Paşinyan bəyanatlar verdi. Görünən budur ki, danışıqlar prosesində ermənilər tamamilə pozucu rol oynayır və imkan vermir ki, nə isə əldə edilsin”, - deyə Q.Hüseynli vurğulayıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Moskva görüşündə müsbət nəticənin əldə olunacağını gözləmir. “Əgər liderlərin görüşündə ümumi razılaşma yoxdursa, xarici işlər nazirlərinin danışıqlarda irəli gedəcəyini düşünmək sadəlövhlük olardı. Bunu Paşinyanın Strasburqdakı çıxışında yeni heç nəyin olmaması da təsdiq edir. Çünki Paşinyan daha çox mənasız detallar üzərində düşünür. Münaqişənin konseptual həlli haqqında heç nə demir. Bir ifadəsində deyir ki, ”Münaqişənin istənilən həll variantı Ermənistan xalqının, “Dağlıq Qarabağ xalqının” və Azərbaycan xalqının maraqlarına uyğun olmalıdır". Göründüyü kimi, o, münaqişənin həllinin birinci Ermənistan xalqının maraqlarına uyğun olması vacibliyini önə çəkir. Bu, əslində Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal oldunduğunun sübutudur. Amma Paşinyan hiyləgərliyə gedərək “Azərbaycan xalqı” ifadəsini işlədir ki, guya güzəştə getdiyini göstərsin. Amma təfərrüat haqqında heç bir irəliləyiş yoxdur. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da etiraf edir".

Bu baxımdan ekspert Moskva görüşündən real nəticə gözləmir: “Sadəcə, danışıqlar imitativ xarakter daşıyır və bu danışıqlarda real nəticə əldə olunmayanadək, atəşkəs kövrək qalacaq, cəbhə bölgəsində vəziyyətin gərginləşməsi ehtimalı da yüksəkdir”. Politoloq deyir ki, həmsədrlər çox hiyləgər gedişlər edirlər: “Onlar bilirlər ki, yay aylarına doğru toqquşma ehtimalları artır. Həqiqətən yay aylarında bu versiya var. Bunu bilərəkdən əvvəlcə liderlərin görüşünü təşkil etdilər. İndi də nazirləri görüşdürürlər ki, heç olmasa payız aylarına qədər toqquşma ehtimalını önləyə bilsinlər. Payızdan sonra hansısa xırda məsələlərdə uzlaşmanın əldə olunacağına ümid edirlər. Həmsədrlərin əsas fikri atəşkəsin pozulmasının və cəbhə bölgəsində gərginliyin qarşısının alınmasıdır, nəinki danışıqlarda real irəliləyişin əldə olunması, Ermənistana təsir edilməsi və s.

Başqa bir məsələyə diqqət edək".

“Lavrov planı” ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Elçin Mirzəbəyli isə fərqli fikirdə olduğunu vurğuladı: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesində heç vaxt ”Lavrov planı" adlı mərhələ olmayıb. Danışıqlar prosesində Rusiyanın müəyyən qədər fəallığının artdığı dönəmdə də Madrid prosesi davam etdirilib. “Madrid prinsipləri”nin, yaxud yenilənmiş “Madrid prinsipləri”nin bü və ya digər istiqamətlərinin Rusiyanın xarici işlər nazirinin iştirakı ilə müzakirə olunması bu istiqamətlərin “Lavrov planı” olduğu anlamına gəlmir və gəlməməlidir də". Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 15-nə planlaşdırılan görüşünə gəldikdə, siyasi təhlilçi bildirdi ki, bu görüşdə Sergey Lavrovla yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edəcəklər: “Bu isə o deməkdir ki, danışıqlar zamanı Lavrovun hansısa ”eksklüziv" təkliflərlə çıxış edəcəyi gözlənilmir. Rusiya xarici işlər nazirinin bir müddət öncə humanitar tədbirlər, o cümlədən jurnalistlərin qarşılıqlı səfəri ilə bağlı mülahizələrini nəzərə alsaq, Lavrovun görüş çərçivəsində çox güman ki, bu istiqamətdə müəyyən razılaşmaların əldə edilməsinə çalışacağı gözlənilir".

E.Mirzəbəyli qeyd etdi ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının əsas istiqamətlərindən biri də Azərbaycanla Ermənistan arasında humanitar tədbirlərin keçirilməsinə, o cümlədən icmalar və cəmiyyətlər arasında dialoqun təşkil edilməsindən ibarət idi: “Rusiya həmin dövrdə də təşəbbüsü ələ almağa və prosesi pozmağa çalışdı və buna da nail oldu. İndi yenə də Vyanada humanitar tədbirlərin keçirilməsi ilə bağlı əldə olunan razılaşmaya Moskvanın müdaxiləsi baş verir. Doğrusu, Sergey Lavrovun iştirak etdiyi hər hansı bir prosesdən nəticə gözləmirəm. İndiki şəraitdə yenə də danışıqlar prosesinin nəzarətdə saxlanılması cəhdləri nəzərə çarpır. Ola bilsin ki, yenidən prosesin pozulması üçün müəyyən aldadıcı və görüntü xarakterli tədbirlərin keçirilməsi ilə bağlı hansısa bəyanatlar verilsin. Amma bütün bunlar konkret nəticənin əldə olunmasına pozitiv təsir göstərməyəcək”.

Beləliklə, bu gün Rusiya paytaxtında kritik Qarabağ danışıqları keçiriləcək. Ona görə kritik ki, Məmmədyarov “mənimlə anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaq” xəbərdarlığından sonra ilk olaraq Mnatsakanyanla bir araya gələcək. S.Lavrov isə çalışacaq ki, moderatorluq etdiyi danışıqlarda hansısa anlaşmanın əldə olunmasına nail olsun. Ən azı görüşlə bağlı yekun bəyanatda “irəliləyiş”dən bəhs olunması üçün... Amma rəsmi Bakı bəyan edib ki, Azərbaycan danışıq görüntüsü naminə danışıqları sonsuzadək davam etdirməyəcək...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçıları görüşəcəklər

    Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN ...

    16-01-2019, 10:12

  • 
  • Masadakı təkliflər müzakirə edildi, Bakı razılaşdı - XİN

    Masadakı təkliflər müzakirə edildi, Bakı ...

    17-11-2017, 12:04

  • 
  • Məmmədyarovla Mnatsakanyan görüşəcək - XİN təsdiq etdi

    Məmmədyarovla Mnatsakanyan görüşəcək - XİN təsdiq ...

    8-10-2018, 15:42

  • 
  • Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib

    Azərbaycan və Ermənistan xarici işlər ...

    12-07-2017, 11:00

  • 
  • Elmar Məmmədyarov Edvard Nalbəndyanla bu gün görüşəcək

    Elmar Məmmədyarov Edvard Nalbəndyanla bu gün ...

    18-01-2018, 10:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu