BMT-nin Humanitar Yardım Koordinasiyası ofisi ölkələri İslam Dövləti militantlarının həyat yoldaşları və uşaqlarının Suriyadan vətənlərinə qaytarılmasına çağırıb.
İŞİD-in Bağuz şəhərindən vurulub çıxarılmasından sonra 75,000 min adam bərbad şəraitli düşərgədə saxlanılır.
Düşərgə sakinlərinin 90 faizini qadın və uşaqlar təşkil edir. Onlar arasında 11 min xarici qadın və uşaq var. Bunlara ya xarici ata-anadan doğular uşaqlar da daxildir.
Bəzi hökumətlər öz vətəndaşlarının repatriasiyasını istəmir.
Təşkilatın üzvü Panos Mumtzis bütün üzv ölkələrin beynəlxalaq qanunlara əsasən repatriasiya öhdəliyinə malik olduğunu vurğulayıb. O deyib ki, heç kim vətənsiz qalmamalıdır.
Mumtzis ölkələri xarici valideynlərdən doğulan uşaqarı qəbul etməyə çağırıb.
"Bu, uşaqların yaşı, cinsi və heç bir ailə mənsubiyyətindən asılı olmayaraq həyata keçirilməlidir. Ailə mənsubiyyəti uşaqların maraqlarının müəyyən edilməsinə təsir etməməlidir. Bu, uşaqlar üçün mühüm bir çağırışdır," o bildirib.
BMT-nin uşaq fondu 2500 uşağın anaları ilə birgə ayrılmış xüsusi yerdə saxlanıldığını bildirir. Qadınlar digər düşərgə sakinləri ilə gərginliklərin artmaması naminə ayrı saxlanılır.
Mumtzis deyib ki, qadınların İŞİD-lə əlaqəsi digərlərinin hiddətinə səbəb olur.
Sorğu
Yeni dizaynımız necədir?