Şri-Lankada Pasxa bayramı günü kilsələr və dörd mehmanxanada törədilən bomba hücumları 200-dən çox insanın ölümünə, 450-dən çox insanın yaralanmasına səbəb olub.
Rəsmilər bomba hücumlarından bəzilərinin intiharçı terror hücumu olduğunu dedikdən az sonra fövqəladə vəziyyət elan edərək, sosial media və xəbər saytlarına hadisələrlə bağlı xəbərlər çatdırılmaması barədə göstəriş verib.
Fövqəladə vəziyyətin nə vaxt götürüləcıyi məlum deyil.
Bomba hücumları 10 il bundan əvvəl vətəndaş müharibəsinin başa çatmasından sonra nisbi dincliyin müşahidə edildiyi ölkədə şok kimi qarşılanıb.
Rəsmilər hücumlarla əlaqədar yeddi nəfərin saxlandığını bildirib. Hücuma görə məsuliyyəti hələlik öz üzərinə götürən olmayıb.
Reuters xəbər agentliyinin Şri-Lanka polis rəsmisinə istinadən bildirdiyinə görə, Katuvapitiya şəhərindəki Müqəddəs Sebastian qotik kilsəsində törədilən bir hücumlarda 50-dən çox insan ölüb. Rəsmi xəbər agentliyinə insan cəsədlərinin, qanlı oturacaqların və kilsənin uçmuş damının şəkillərini göstərib.
Media xəbərlərində 25 nəfərin ölümü ilə nəticələnən digər bomba hücumunun ölkənin şərqindəki Battikaloa kilsəsində törədildiyi bildirilib.
Bomba hücumlarının törədildiyi mehmanxanalar isə Şanqri La Kolombo, Kinqsbori-Kolombo və Sinnamon Qrand Kolombo mehmanxanalarıdır. Həmin otellərdə xəsarət alanların və ya ölənlərin olub-olmadığı məlum deyil.
Günortadan sonra polis daha iki partlayış barədə məlumat verib. Onlardan birinin Kolombo yaxınlığında, Dehivela heyvanxanasına yaxın mehmanxanada olduğu deyilib.
Rəsmilər hücumlar nəticəsində ölənlər və yaralananlar arasında Amerika cə Britaniya vətəndaşları da daxil olmaqla təxminən 30 xarici vətəndaşın olduğunu bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?