Dünən Ankarada şəhid dəfnində CHP lideri Kamal Kılıçdaroğluna hücum edən qrupun başçısı hakim iqtidar partiyası AKP-nin üzvü çıxıb.
Gundemxeber.az xəbər verir ki, bu faktı AKP sədrinin sözçüsü Ömər Çelik təsdiq edib.
O deyib ki, Kılıçdaroğluna hücum edənlərin içində adı çəkilən Osman Sarıgün AKP-nin üzvüdür: "Sarıgünün partiya üzvülüyünə xitam verilməsi üçün müvafiq qurumlara qəti tapşırıq verilib".
Xatırladaq ki, Kılıçdaroğluna hücum edən 11 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 5-i saxlanılıb.
Osman Sargünün haqqında isə həbs qərarı çıxarılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?