“Ukraynada yaranmış vəziyyətlə əlaqədar mənim ölkəyə daxil olmağıma qoyulan qadağanın ləğv edilməsini və Kiyevə evimə dönməyimə imkan yaratmağınız üçün sizə müraciət edirəm”.
Bunu Ukraynanın Odesa vilayətinn keçmiş qubernatoru, Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Vasili Qritsaka və Sərhəd Xidmətinin rəhbəri Petr Tsiqikala müraciətində bildirib.
O, 2018-ci il fevralın 12-də Ukraynada naməlum şəxslər tərəfindən qaçırılıb, təyyarəyə mindirilərək, ölkədən çıxarıldığını xatırladıb: “Mən güc tətbiqi ilə təyyarəyə mindirilərək, Polşaya sürgün edilmişəm”.
Qeyd edək ki, M.Saakaşvili prezident seçkisində Vladimir Zelenskinin qalib gələcəyi halda Ukrayana qayıdacağını bildirmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?