Ermənistanda dərc edilən “Joqovurd” qəzeti eks polis rəisi, general Vladimir Qasparyanın 2008-ci il 1 mart hadisələrinə dair istintaqa verdiyi “sensasion” ifadənin bir hissəsini dərc edib.
GundemXeber.Az Virtualaz.org-a istinadən xəbər verir ki, həmin vaxt hərbi polis idarəsinin rəisi idi. O, ifadəsində deyir ki, Yerevanda Levon Ter-Petrosyanın tərəfdarlarının aksiyalar keçirdiyi bir vaxtda Azərbaycan ordusu cəbhə xəttində “fəallaşmışdı”.
“Biz bilirik ki, sərhədlərdə hansısa fəallaşmalar baş verirdi”-Qasparyan deyib.
Müstəntiqin məhz hansı istiqamətlərdə fəallaşma müşahidə olunduğu haqda sualına cavabında Qasparyan deyib ki, söhbət Tavuş vilayətindən və Qarabağdan gedir.
“Ümumi görünüşdə, preambula kimi bu və ya başqa situasiya, bəyanatlar olmuşdu. Adətən daxili siyasi hadisələr sərhədboyu situasiyaya təsir edir”-Qasparyan ifadəsində deyib.
O zaman müstəntiqdə sual yaranıb: bir halda ki, Azərbaycan ordusu fəallaşmışdı, o zaman niyə Ermənistan ordusu sərhədə yox, nümayişçiləri dağıtmaq üçün Yerevana cəmləşdirilirdi?
“Yəqin sərhəddə qüvvələr kifayət qədər olub və bundan çıxış edərək qüvvələrin bir hissəsini Yerevana gətiriblər”-Qasparyan deyib.
Lakin qəzet Qasparyanın bu dediklərində sensasiyanın nədən ibarət olduğunu aydınlaşdırmır.
1 mart hadisələrinin istintaqı çərçivəsində eks-prezident Robert Köçəryan da daxil olmaqla keçmiş hakimiyyətin bir sıra nümayəndələri həbs olunublar. Digər keçmiş prezident Serj Sərkisyan da istintaqa ifadə verib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?