Ermənistanda prezident Serj Sərkisyanı söyən Qarabağ müharibəsi veteranı Suren Sərkisyanın qulağını “tula qulağı kimi kəsməklə” hədələyən polis generalına töhmət verilib.
gundemxeber.az virtual.org-a istinadən xəbər verir ki,, Ermənistan polisinin rəisi (daxili işlər naziri statusunda) Vladimir Qasparyan general-mayor Levon Yeranosyanın KİV-lərdə yer almış açıqlaması ilə bağlı xidməti araşdırma aparıb.
Polisin mətbuat xidmətindən yayılan məlumata görə, jurnalistlə telefon söhbətində Yeranosyan “emosiyalarını” saxlaya bilməyib və yersiz şərh verib, bununla da etik normaları pozub.
Vladimir Qasparyanın sərəncamı ilə Levon Yeranosyana töhmət verilib.
Yeranosyan Qarabağ veteranı Suren Sərkisyanı hədələyərək deyib ki, prezident Serj Sərkisyanın ünvanına pis söz işlədənlərin qulağını kəsəcək.
“Mənim heç nə vecimə deyil. Ölkədə kim olmasından asılı olmayaraq əgər məniş iştirakım olan yerdə kimsə prezidentin ünvanına nəsə demək istəsə, onun qulağını tula qulağı kimi kəsəcəyəm” - deyə Yeranosyan bildirib.
Erməni mətbuatı yazır ki, Yeranosyan Serj Sərkisyanın yaxın ətrafına daxildir. Bu həftənin əvvəlində o, keçmiş səhra komandirləri Razmik Petrosyanı və Manvel Yeqizaryanı restorana çağırıb, onlara bildirib ki, siyasətə qarışmasınlar və prezidentə qarşı çıxmasınlar.
“Lakin Razmik Petrosyan və Manvel Yeqizaryan prezident haqqında nə fikirləşdiklərini açıq mətnlə ona deyiblər. Yeranosyan onlardan tələb edib ki, prezidenti söyməsinlər. Lakin Qarabağ veteranları öz mövqelərini təkrar ediblər. Restorandan çıxanda onları 7-8 nəfər idmançı görkəmli gənc qarşılayıb. Həmin gənclər restoranda qonşu otaqda gözləyirmiş. Onlar Qarabağ veteranları ilə mübahisəyə giriblər və əlbəyaxa dava zamanı onlara zərbələr endiriblər” - “Joqovurd” qəzeti yazır.
Bu hücumun ardınca Sərkisyanın ünvanına sərt tənqidi ifadələr işlədən digər Qarabağ veteranı Suren Sərkisyan xüsusi qəddarlıqla döyülüb. Ardınca müxalifətdən olan deputat Aram Manukyanı evinin qarşısında döyüblər.
Bunlar Ermənistanda Sərkisyana qarşı çıxanların məruz qaldığı fiziki hücumların bir hissəsidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?