Son dövrlərdə Türkiyə ilə ABŞ arasındakı ən böyük gərginliklərdən biri heç şübhəsiz F-35 və S-400 məsələsidir. Baş verən gərginlikli proses, dünyanın müzakirə etdiyi bir məsələ Türk ictimaiyyətinin də yüksək səslə danışmasını bərabərində gətirib. Türkiyəyə qarşı bir “kozır” olaraq istifadə edilən F-35 məsələsində, ABŞ-ın təhdid səviyyəsinə gəlməsi, ictimaiyyətdə həmin təyyarələrlə bağlı müxtəlif məsələlərin müzakirə edilməsini tətikləyib.
ƏSL MƏQSƏD TÜRKİYƏNİN ABŞ-a BAŞ ƏYMƏSİDİR
Bu ictimaiyyətdə sanki F-35 və S-400 mövzusundan başqa ABŞ ilə Türkiyə arasında bir sıxıntı yox imiş kimi düşünülür. Ancaq bu yanlış fikridir. Çünki Türkiyə ilə ABŞ arasında bu gün etibarilə 25 ayrı toqquşma nöqtəsi mövcuddur. F-35 bunlardan yalnız bir dənəsidir. Bu gün gəlinən nöqtədə F-35 də, İran sanksiyaları da başqa bəzi təhdidlər kimi sadəcə bir vasitədir. ABŞ-ın əsas məqsədinin Türkiyəni qeyd-şərtsiz boyun əyməyə məcbur etmək olduğunu hər kəs anlamalıdır. Buna görə də əgər F-35 məsələsini həll etsəniz beiə, başqa bir vasitəylə yenə eyni məqsəd üçün Türkiyəyə təzyiq etməyə davam edəcəklər".//Müxalifət.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?