Hizbullah təkilatının lideri Həsən Nəsrullah dünən gecə video vasitəsi ilə çıxışı zamanı İŞİD terror təşkilatını ABŞ ilə Səudiyyə Ərəbistanının yaratdığını bildirib. Nəsrullah bildirib ki, bütün bunlara rəğmən, ABŞ prezidenti Donald Trampın Səudiyyə kralı Salmanı ələ saldığını eşidərkən onun üçün təəssüflənib.
"Salmanı sevməsəm də...''
Hizbullah lideri, Trampın bir telefon zəngi ilə Salmanın 500 milyon dollardan çox pulu çıxarıb verməsini tənqid edərək deyib: “Səudiyyə ailəsi Trampa bu məbləğdə pul ödəmək haqqına necə sahib ola bilər ki? Bu, Ərəb yarımadası xalqlarının malıdır”. ABŞ prezidenti Donald Tramp aprel ayının sonlarında Viskonsin ştatında keçirilən bir tədbirdə çıxışı zamanı demişdi: “Kral... Kralı çox sevirəm. Ona dedim ki, “Sizi qorumaq üçün canımız çıxır (Tramp senzuradan kənar ifadələr işlədib – red.) və sizin çox pulunuz var”. O da cavabında dedi: “Mənə niyə zəng elədin ki? Bundan əvvəl heç bir ABŞ prezidenti buna görə mənə zəng eləməmişdi”. Mən də: “Axmaq olduqlarına görə”, - dedim və o, bizə pul yolladı”. Nəsrullah bu sözlərdən narahat olduğunu söyləyib: “Salmanı sevmirəm, amma Trampın onu alçaltması qəlbimi parçaladı”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?