Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin himayədarı kimi təqdim olunan yəhudi əsilli milyarder İqor Kolomoyski mətbuata yeni açıqlamalar verib.
Gundemxeber.Az xəbər verir ki, o, Zelenski və daxili işlər naziri Arsen Avakovla münasibətlərindən danışıb.
Milyarder deyib ki, onunla yanaşı, Avakov da Zelenskinin qələbəsinə sevinib. Kolomoyski erməni əsilli nazirin də onun kimi Pyotr Poroşenkonun əleyhinə olduğunu söyləyib və deyib ki, buna səbəb nazirin oğluna qarşı korrupsiya itihamı ilə qaldırılan cinayət işidir.
Xatırladaq ki, Avakovun oğluna qarşı 2017-ci ildə büdcə vəsaitlərinin talan edilməsi ittihamı ilə cinayət işi qaldırılsa da, nazir bu işin böyüməsinə imkan verməmişdi və bunun arxasında Poroşenkonun durduğunu iddia etmişdi.
İ.Kolomoyski müsahibəsində Donbas məsələsinə də toxunub və həmin ərazidə baş verənləri “vətəndaş müharibəsi” adlandırıb. Milyarder deyib ki, bu savaşda ukraynalılar bir-birilərilə döyüşüblər, Rusiya isə bunun üçün zəmin yaradıb və tərəflərdən birini dəstəkləyib: “Rusiya olmasaydı, müharibə çoxdan bitmişdi və ukraynalılar bir-birilərilə barışmışdılar…”
Xatırladaq ki, Pyotr Poroşenkonun Ukraynadan didərgin saldığı Kolomoyski hazırda İsraildə yaşayır. O, seçkidən sonrakı ilk açıqlamalarında Ukraynaya qayıtmaq və Zelenskiyə kömək etmək istədiyini demişdi. Lakin bunun üçün milyarder, Zelenski rəsmən prezident vəzifəsinin icrasına başlayanadək gözləməlidir.
Sorğu
Yeni dizaynımız necədir?