Ukrayna hüquq-mühafizə orqanları ölkənin daxili işlər nazirinin müavini Vadim Troyanı 77,2 min dollar rüşvət almaqda şübhəli bilərək tutub.
Ukrayna daxili işlər naziri Arsen Avakovun müavini Vadim Troyan rüşvət alarkən tutulub. Məlumata görə, bir müddət əvvəl Arsen Avakov dövlətin yuxarı eşalonunda cinayətkarlığın yolverilməz olduğunu bildirib. Xatırladaq ki, bu günlərdə Ukrayna vətəndaşlığından məhrum edilmiş Mixeil Saakaşvili ilə Arsen Avakov arasında münasibət gərgin olub. 2015-c il dekabrın 16-da Ukrayna Prezidenti Pyotr Poroşenko başçılığı ilə keçirilən müşavirədə daxili işlər naziri Arsen Avakovla Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili arasında münaqişə baş verib. Həmin müşavirədə onlar bir-birini təhqir edərək "korrupsioner" adlandırmışdılar. A.Avakov çıxış edən zaman M.Saakaşvili bir neçə dəfə onun sözünü kəsmişdi. M.Saakaşvili daxili işlər nazirini korrupsiyada və rüşvət almaqda ittiham etmişdi. Bundan sonra A.Avakov qarşısındakı su bakalını Odessa vilayətinin qubernatoruna tərəf atmışdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?