Ukraynanın fəaliyyətdə olan prezidenti Petro Poroşenko istintaqa çağırılıb.
GundemXeber.Az xəbər verir ki, bunu ölkənin Baş Prokurorluğunun xüsusi istintaq idarəsinin rəisi Sergey Qorbatyuk bildirib. Müstəntiqlər P.Poroşenkonu Avromeydançılara qarşı törədilən zorakılıqla bağlı cinayət işi üzrə mayın 7-də ifadə verməyə dəvət ediblər. Qeyd edək ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov bir müddət əvvəl bildirmişdi ki, əgər P.Poroşenko prezident seçkisində məğlub olarsa, o zaman korrupsiya işi üzrə istintaqa çağırılacaq. Aprelin 21-də ölkədə keçirilən prezident seçkisinin ikinci turunda P.Poroşenko məğlub olub. Onun rəqibi Vladimir Zelinski 73,22 faiz, P.Poroşenko isə 24,45 faiz səs toplayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?