İranın yeni prezidenti Həsən Ruhani avqustun 4-də keçirilən andiçmə mərasimindən sonra hökumətində nazir postlarına nəzərdə tutduğu şəxslərin siyahısını İran parlamentinin sədri Əli Laricaniyə təqdim edib. İran parlamenti bir həftə içində prezidentin nazir postlarına təklif etdiyi şəxslərin səlahiyyətini müzakirəyə çıxaracaq, onlar haqda səsvermə yolu ilə rəy bildirəcək.
Prezidentin siyahısında nazirliklərin rəhbərliklərinə təklif edilən şəxslər bunlardır:
Bijən Zəngənə, neft naziri
Əbdülrza Rəhmani Fəzli, daxili işlər naziri
Əli Təyyibniya, iqtisadiyyat və maliyyə naziri
Mahmud Ələvi, kəşfiyyat (ETTELAAT) naziri
Həmid Çitçiyan, energetika naziri
Hüseyn Dehqan, müdafiə naziri
Məhəmmədrza Nemətzadə, ticarət, mədən və sənaye naziri
Mahmud Höccəti, kənd təsərrüfatı naziri
Əli Rəbii, sosial rifah, əmək və korporasiya naziri
Abbas Axundi, yol və şəhərsalma naziri
Məhəmmədəli Nəcəfi, təhsil naziri
Həsən Haşimi, səhiyyə naziri
Məsud Sultanifərd, idman və gənclər naziri
Məhəmmədcavad Zərif, xarici işlər naziri
Mustafa Purməhəmmədi, ədliyyə naziri
Əli Cənnəti, irşad və mədəniyyət naziri
Mahmud Vaizi, informasiya texnologiyaları və kommunikasiya naziri
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?