“İran İraqda və başqa bir ölkədə heç kəs üçün təhlükə deyil və heç yerə hücum etmək fikri yoxdur”.
Bunu İranın BMT-dəki daimi nümayəndəliyinin ABŞ-ın İranla münasibətlərinin kəskinləşməsi fonunda İraqdakı səfirliyin əməkdaşlarının bir qismini geri çağırması ilə bağlı açıqlamasında deyilir.
Bildirilir ki, ABŞ-ın bu addımı İrana qarşı aparılan təbliğat müharibəsinin bir parçasıdır: “İranın heç bir ölkəyə qarşı hücum strategiyası olmayıb və olmayacaq. İran xalqı bu psixoloji müharibəyə təslim olmayacaq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?