Yarı-rəsmi Fars xəbər agentliyinin verdiyi məlumata görə, İranın elitar İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli üzvü cümə günü bildirib ki, İranın qısa-mənzilli raketləri “asanlıqla” İran körfəzindəki döyüş gəmilərini vura bilər.
İnqilab Keşikçilərinin sədr müavini Məhəmməd Saleh Cokarın bu sözləri Birləşmiş Ştatlarla gərginliyin artdığı vaxta təsadüf edib.
Əgər müharibə baş versə, dünya əziyyət çəkəcək. Saleh Cokar, İran komandanı ABŞ əlavə gəmi yollayaraq regiondakı hərbi mövcudluğunu artırıb və İslam Respublikasından mümkün təhlükələrin qarşısını almaq üçün İrana qarşı sanksiyaları gücləndirib. İran körfəzi dünyanın ən strateji su yollarından biridir. Dünyanın neft təchizatının üçdə biri oradan nəql olunur.
Cokar xəbərdarlıq edib ki, ABŞ “yeni müharibənin öhdəsindən gələ bilməz” və münaqişə qlobal neft təchizatına mənfi təsir göstərər. “Əgər müharibə baş versə, dünya əziyyət çəkəcək”, o əlavə edib.
Cokarın sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın dünya qüdrətləri ilə əldə etdiyi razılığı qorumaq üçün diplomatik səylər apardığı vaxta təsadüf edib. Zərif cümə günü Çinə səfəri zamanı dünya liderlərini tənqid edərək, razılığı qoruyub saxlamaq üçün “dəstək bəyanatlarının” kifayət olmadığını söyləyib.
Yaxın Şərqə üz tutan USS Abraham Lincoln (CVN 72) aviadaşıyıcısı Cəbəllütariq boğazını keçir. Yaxın Şərqə üz tutan USS Abraham Lincoln (CVN 72) aviadaşıyıcısı Cəbəllütariq boğazını keçir. “Əgər beynəlxalq ictimaiyyət bu razılığın dəyərli bir uğru olduğunu düşünürsə, İran kimi praktiki addımlar atmalıdır,” Zərif İranın rəsmi xəbər agentliyi IRNA-ya bildirib. “Praktiki addımların hansı məna kəsb etdiyi tam açıqdır: İranın iqtisadi münasibətləri normallaşdırılmalıdır.”
ABŞ 2015-ci ildə əldə olunan nüvə razılığından ötən il geri çəkilərək İran qitisadiyyatın zəifləməsinə gətirib çıxaran sərt sanksiyalar tətbiq edib. Buna İranın neft ixraclarını azaltmaq məqsədi daşıyan addım daxildir. Razılığı imzalayan digər beş üzv, Avropa İttifaqı, Britaniya, Çin, Fransa və Rusiya o zamandan bəri sazişi qoruyub saxlamağa çalışır.
Praktiki addımların hansı məna kəsb etdiyi tam açıqdır: İranın iqtisadi münasibətləri normallaşdırılmalıdır. Cavad Zərif
İran ötən həftə xəbərdarlıq edib ki, əgər iyulun 7-dək yeni nüvə razılığı əldə olunmasa onlar uranı daha yüksək səviyyədə zənginləşdirməyə başlayacaq.
ABŞ prezidenti Donald Tramp ictimai şəkildə diplomatik həll yolu tapmaq istədiyini deyib, lakin İran rəsmiləri ona inanmır.
İranın yarı-rəsmi Mehr xəbər agentliyinin verdiyi məlumata görə, iranlı general Rəsuı Sənaeirad deyib ki, danışıqlar aparan zaman sanksiya tətbiq etmək “birinə silah çəkib, ondan dostluq tələb etməyə bənzəyir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?