Tacikistanın ciddi rejimli cəzaçəkmə müəssisələrindən birində baş verən qiyam nəticəsində 29 məhbus həyatını itirib.
İŞİD terrorçu qruplaşmasına üzvlüklə əlaqədar həbs olunmuş 30-a yaxın məhbus üç həbsxana nəzarətçisini girov götürüb, sonradan onları qətlə yetiriblər.
“Qiyamçı məhbuslar bıçaqlarla silahlanıb və rəhbərlikdən sərbəst buraxılmalarını tələb edib. Ancaq sonradan məhbuslar arasında qarşıdurma düşüb. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi qəti ölçülərə gedərək, atəşin açılmasına əmr verib”, - deyə agentlik yazır.
Hazırda həbsxanada vəziyyətin nəzarət altında olduğu bildirilir. İstintaq orqanları hadisənin başvermə hallarını araşdırır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?