Ukraynanın siyasi partiya liderləri ölkənin yeni seçilmiş prezidenti Vladimir Zelenskinin parlamentin buraxılması qərarına qarşı çıxıblar. Ali Rada həmçinin yeni prezident tərəfindən seçki qanunvericiliyinə dəyişikliklərlə bağlı təklifləri də müzakirə etməkdən imtina edib.
Parlamentdəki liderlər çərşənbə axşamı günü prezident Vladimir Zelenski ilə görüşüb, onun erkən seçkilərin yeni qaydalar əsasında keçirilməsi planına dəstək bildirmişdi.
Köhnə siyasətçilər köhnə sistemi seçir, çünki yalnız bu onlara siyasi həyatlarını uzatmaq imkanı verir. Vladimir Zelenski
Lakin çərşənbə günü Ali Radanın spikeri Andrey Parubiy gözlənilmədən deputatlara bildirib ki, Zelenskinin erkən seçkilərin keçirilməsi çağırışı qanuna ziddir.
Parlament həmçinin Zelenskinin seçkilərin daha şəffaf keçirilməsi məqsədilə təklif etdiyi düzəlişlərin müzakirəyə çıxarılmasını rədd edib.
“Köhnə siyasətçilər köhnə sistemi seçir, çünki yalnız bu onlara siyasi həyatlarını uzatmaq imkanı verir”, Zelenski parlamenti tənqid edərək, Facebook səhifəsindəki mesajında yazıb.
Vladimir Zelenski çərşənbə axşamı günü parlamentin buraxılması haqda rəsmi sərəncam verib. O, yeni parlament seçkilərinin partiya siyahısına uyğun olaraq keçirilməsi təklif edərək, hazırkı sistemin korrupsyaya yol açdığını bildirib.
Zelenski kampaniya zamanı verdiyi vədlərin yetiriməsi üçün parlamentin islahatlara səs verməsini istəyir. Bu islahatlara qanunvericilərin toxunulmazlıq statusundan məhrum edilməsi də daxildir. Parlament həmçinin xarici yardım axınının davam etdirilməsini təmin etmək üçün də qanunlara səs verməlidir.
Heç bir siyasi təcrübəyə malik olmayan televiziya ulduzu Vladimir Zelenski prezidentlik kampaniyasını korrupsiya ilə mübarizə və siyasi isteblişmenti sarsıtmaq platformasından apararaq, keçən ay keçirilən seçkidə səslərin 73 faizini qazanıb.
Zelenski bazar ertəsi günü Ukraynanın yeni prezidenti kimi and içib. Onun inaquasiya çıxışının əsas mövzusu ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılara qarşı müharibəni dayandırlması ilə bağlı olub. Zelenskinin yeni partiyası parlamentdə yerlərə malik olmadığı üçün o, dərhal parlamenti ləğv edib və seçkiləri iyulun 21-nə təyin edib.
İllərdir populyar televiziya şousunda Ukrayna prezidenti obrazını canlandıran Zelenski Ukraynanın post-sovet dövründə ən gənc prezidentidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?