Ukraynanın qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti fövqəladə vəziyyət yaradıb.
Qasırğa ilə müşayiət olunan güclü yağışlar nəticəsində İvano-Frankovsk şəhərində 57 yaşlı kişi və 11 yaşlı oğlan ölüb.
Məlumata görə, qeyri-sabit hava şəraiti Zakarpatye, İvano-Frankovsk, Lvov, Xmelnitski və Çernovtsı vilayətlərinə ziyan vurub. Sellə müşayiət olunan güclü yağış nəticəsində 10 minə yaxın ev, 9 minə yaxın kənd təsərrüfatı sahəsi, 100 kilometrlik yol su altında qalıb.
Fövqəladə hallar yaranan zaman təhlükəli zonalardan minə yaxın insan, 90-dan artıq avtomobil evakuasiya olunub.//AzərTAc
Sorğu
Yeni dizaynımız necədir?