“Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır və biz yeni hakimiyyət ruporu olaraq bu tərəfdaşlığın irəliləyən zaman çərçivəsində daha da gücləndirmək niyyətindəyik”.
Bunu “Report”un Avropa bürosuna açıqlamasında Ukraynanın yeni Prezidenti Vladimir Zelenskinin siyasi məsələlər üzrə müşaviri, prezidentin mənsub olduğu siyasi blokun rəhbəri Dimtri Razumkov bildirib. O deyib ki, ümumiyyətlə, Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi Ukraynanın yeni hakimiyyətinin prioritetlərindəndir: “Biz Azərbaycanla genişmiqyaslı layihələrdə maraqlıyıq”. Prezidentin müşaviri onu da vurğulayıb ki, Ukraynada yaşayan azərbaycanlıların fəallığı onların diqqətini cəlb edir: “Biz çox istərdik ki, başqa xaqlardan olduğu kimi, azərbaycanlılardan da Ali Radada (parlament) deputat olaraq təmsilçilik olsun”. Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski mayın 21-də Ali Radanı buraxmaq barədə fərman imzalayıb. Ali Radaya növbədənkənar seçkilər bu il iyulun 21-nə təyin edilib.
Sorğu
Yeni dizaynımız necədir?