Moldovada siyasi böhran getdikcə dərinləşir, eyni zamanda Moskva bu keçmiş sovet respublikasında baş verənlərə daha açıq müdaxilə etməyə başlayır.
Moldovada hər biri öz legitimliyini elan etmiş iki rəqib hökumət iyunun 10-da ayrı-ayrı iclaslar keçirib.
Rusiya bu iki hökumətdən birinin -moskvayönlü Sosialist Partiyasının avropayönlü ACUM bloku ilə koalsiyasını dəstəklədiyini bildirir. Ölkənin Konstitusiya Məhkəməsi iyunun 9-da sosialistlərin keçmiş başçısı, moskvayönlü Igor Dodonun prezidentliyi ləğv edib. Baş nazir Pavel Filip keçid prezdenti olub və dərhal da parlamenti buraxaraq sentyabr ayına növbədənkənar parlament seçkisi çağırıb.
Konstitusiya Məhkəməsinin bu barədə qərar çıxarmasına sosialistlərin və avropayönlü ACUM blokunun gözlənilmədən müttəfiqlik elan etməsi və Filipin hakim Demokratik partiyasının hökumətinə son qoymaq niyyətini elan etməsi olub.Demokratik partiyaya ziddiyyətli maqnat Vladimir Plaxotnyuk rəhbərlik edir.
Konstitusiya Məhkəməsi fevral ayında keçirilmiş parlament seçkisi aydın nəticə verməyəndə və qərarsız bir parlament yaranandıqdan sonra iyunun 7-də parlamentin buraxılması barədə qərar qəbul etmişdi.
Lakin iyunun 8-də parlamentdə keçirilən fövqəladə sessiyada Dodonun Sosialist Partiyasının və ACUM kimi tanınan avropameylli blokun liderləri yeni alyans yaratdıqlarını elan ediblər.
Bu alyans Konstitusiya Məhkəməsini Konstitusiyanı təhrif etməkdə və bundan əvvəlki seçkinin nəticələrini qanunda nəzərdə tutulduğu kimi üç aydan sonra yox, 90 gündən sonra ləğv etməkdə günahlandırıb. irlikdə parlamentdəki 101 yerdən 61-nə nəzarət edən yeni alyans Maia Sandunun başçılığı altında yeni hökumətin təşkili barədə qərar qəbul edib. Sandu ACUM liderlərindən biridir.
Lakin Məhkəmə bu razılaşmanı nəzərə almayıb, Dodonun prezidentliyini ləğv edib və Filipi keçid prezidenti adlandırıb. Filip növbədənkənar seçkinin sentyabrın 6-da keçiriləcəyini deyib və bildirib ki, Dodon parlamanentin buraxılması barədə qərarı imzalamaqdan imtina etdiyinə görə vəzifəsindən uzaqlaşdırılıb.Moldovanın separatçı Dnestryanı bölgəsində hələ də 1000-dək qoşun saxlayan Rusiyanın Xarici İşlər Nazirliyi iyunun 10-da “yeni hökumət koalisiyasını” dəstəklədiyini bildirib.
Halbuki ABŞ, Avropa İttifaqı və NATO hər iki tərəfi təmkinə çağırmışdı. Qonşu Rumıniyanın prezidenti Klaus Iohannis də “bütün siyasi qüvvələri məsuliyyətli dialoqa” çağırıb. Bununla belə Rumıniyanın xarici işlər naziri Teodor Meleskanu iyunun 10-da deyib ki, böhranın çözümü üçün yeganə yol Moldovada təkrar seçkinin keçirilməsidir.
Bununla da Buxarest Moldovada yaranmış yeni alyansı dəstəkləmədiyinə işarə edib.Filipin nazirləri iyunun 10-da hökumət binasına toplaşıblar və bina polis və hakim partiyanın ayrı-ayrı rayonlardan avtobuslarda gətirdiyi 10 min tərəfdarı tərəfindən dövrəyə alınıb.
Yeni alyanssın rəhbəri xanım Sandu deyib ki, bu siyasi böhran oliqarx Plaxotnyuk bütün dövlət strukturlarındakı monopoliyasını dayandıranadək davam edəcək.
Moldova 1991-ci ildə müstəqillik əldə edəndən bəri siyasi sabitsizlik və korrupsiya yaşayır. Yüz minlərlə moldovan imkansızlıqdan mühacirətə üz tutub.
Siyasi sabitsizliyin daha da artmasına səbəb 2014-cü ildə ölkənin bank sistemindən 1 milyard dolların yoxa çıxması olub. O vaxt bəzi siyasi qüvvələr bu hadisənin araşdırılması üçün Ləyaqət və Həqiqət Platformasını elan etmişdilər.Bu platforma hazırda rəsmi hökumətə qarşı çıxan ACUM blokuna daxildir.Təşkilat bu qənaətdədir ki, bu pulun yoxa çıxmasında oliqarx Plaxotnyukun birbaşa iştirakı olub.
Son məlumatlara görə hakim partiyanın tərəfdarları nazirlik və hökumət binalarının qarşında çadır qurublar. Onlar prezident Dodonu “satqın” adlandırıblar və deyiblər ki, Dodonun “beynəlxalq birliyi” Moldovodakı böhrana müdaxiləyə çağırması əslində Moskvaya edilən çağırışdır. İqor Dodon Rusiya tərəfindən maliyyələşdirilir və idarə olunur.
Bu arada Rusiya baş nazirinin müavini Dmitri Kozak bildirib ki, Demokratik partiyanın lideri Plaxotnyuk iyunun 3-də ona bağlı zərf verib. Həmin zərfdə oliqarx Moskva ilə gizli sövdələşmə və ölkənin xarici siyasət kursunun tamamilə Rusiyaya tərəf çevrilməsi, habelə Dnestryanı probleminin Moldovanın federallaşması yolu ilə həlli barədə təklif var idi.
Kozak “Kommersant”a müsahibəsində deyib: “Məktubun məzmunu ilə tanış olanda biz təəcüblə öyrəndik ki, açıq-aşkar anti-Rusiya mövqeyind olan Demokratik partiya Moldovanın xarici siyasət kursunun radikal şəkildə dəyişməsini və Rusiyaya oriyentasiyanı, Dnestryanı probleminin Moldovanın federallaşması yolu ilə həllini təklif edir. Biz Sosialistlər partiyasına və prezident Dodona çatdırdıq ki, heç kimlə gizli sövdələşməyə getməsinlər, oliqarx Plaxotnyukun və digər qüvvələrin təklifinə məhəl qoymasınlar...”
Prezident Dodon isə bu gün bildirib ki, Demokratik partiya onun fiziki məhvini planlaşdırır. Dodonun sözlərinə görə, bu işi “Odessa qruplaşması” vasitəsi ilə dağıstanlılara sifariş ediblər. “Bax Demokratik partiya belə işləyir...”,-Dodon bildirib.//virtualaz.org
Sorğu
Yeni dizaynımız necədir?