BMT-nin İnsan Hüquqları Şurasının xüsusi məruzəçisi jurnalist Camal Qaşıqçının qətli ilə bağlı hesabat təqdim edib.
Hesabat BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 41-ci sessiyasında təqdim olunub.
“Qaşıqçının öldürülməsində Səudiyyə Ərəbistanı Krallığı təqsirlidir. Bu ölkə diplomatik imtiyazlardan sui-istifadə etdiyi üçün Türkiyədən üzr istəməlidir”,- deyə hesabatda qeyd olunub. Bildirilib ki, jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı aparılan istintaq beynəlxalq standartlara uyğun deyil: “İstintaq prosesində müəyyən prosedura əməl olunmayıb, qətl törədilən yer təmizlənib, sübutlar təqdim olunmayıb və istintaq aparan türkiyəli nümayəndələrin Səudiyyə Ərəbistanı Konsulluğuna girişi məhdudlaşdırılıb”.
BMT-nin İnsan Hüquqları Şurasının xüsusi məruzəçisi Aqnes Kallamard ABŞ Federal Təhqiqatlar Bürosunu bu qətllə bağlı araşdırma başlatmağa çağırıb.
Qeyd edək ki, oktyabrın 2-də “Washington Post” qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb. Uzun sürən araşdırmalardan sonra Səudiyyə hakimiyyəti jurnalistin Baş Konsulluqda öldürüldüyünü etiraf edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?