Seçkilərdə seçici fəallığı 84.5 faizə bərabər olub. Əkrəm İmamoğlu 54.21, Binəli Yıldırım isə 44.99 faiz səs toplayıb.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Ali Seçki Qurumunun rəhbəri Sadi Güvən deyib.
“Cümə günü saat 17:00-dan etibarən mahal seçki qurumlarına etirazlar qəbul ediləcək. Bundan sonra ASQ-yə 3 gün ərzində etirazlar çatdırıla bilər. Seçki nəticələrinin ölkəmizə xeyirli olmasını arzu edirəm”, - Güvən bildirib.
Sorğu
Yeni dizaynımız necədir?