Türkiyənin CHP partiyasının İstanbul bələdiyyə seçkilərində namizədi Əkrəm İmamoğlu Amerikanın Səsinin Türkiyə xidmətinin suallarını cavablandırıb.
İmamoğlu 23 iyun tarixində keçiriləcək seçkilərdə qalib gələcəyini deyərək, hal-hazırda özünü İstanbul bələdiyyəsinin rəhbəri kimi hiss etdiyi bildirdi.
“Orada bir ovuc insanın verdiyi qeyri-qanuni qərarla 16 milyon insanın verdiyi qərarı müqayisə etmək mümkün deyil. Çünki qeyri-qanunidir. O səbəbdən mən İstanbuldakı kampaniya ərzində gəzdiyim hər əraziyə İstanbulun seçilmiş bələdiyyə sədri kimi gedəcəm” – deyə, İmamoğlu bildirib.
Tam müsahibəyə aşağıdakı videodan baxa bilərsiniz.
Sorğu
Yeni dizaynımız necədir?