ABŞ prezidenti Donald Trampın Yaponiyada 28-29 iyunda keçiriləcək G-20 Zirvəsində Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ikili görüş reallaşdıracağı bildirilib.
Yüksək səviyyəli bir Ağ Ev səlahiyyətlisi ABŞ prezidenti Trampın Yaponiya proqramı ilə bağlı bir telekonfrans təşkil edib. Trampın Yaponiya proqramı çərçivəsində 8 ölkə lideriylə görüşəcəyini qeyd edən səlahiyyətli, Tramp ilə Ərdoğanın bir araya gələcəyini ifadə edib. Ağ Ev səlahiyyətlisi Trampun Çin dövlət başçısı Şi Cinping, Rusiya prezidenti Vladimir Putin, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Yaponiyanın baş naziri Şinzo Abe, Hindistanın baş naziri Narendra Modi, Almaniyanın baş naziri Angela Merkel və Avstraliyanın baş naziri Scott Morrison ilə də ikili görüşlər keçirəcəyini açıqlayıb. Ərdoğan ilə Tramp arasındakı görüşdə başda S-400 məsələsi olmaqla, iki ölkə əlaqələrindəki əsas mövzuların əhatəli şəkildə müzakirə olunması gözlənilir. G-20 Zirvəsi 28-29 iyunda Yaponiyanın Osaka şəhərində reallaşdırılacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?