ABŞ Prezidenti Donald Tramp Ağ evdə Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrakı qəbul edib.
Görüşdə Suriyadakı vəziyyət, Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksi də daxil olmaqla ikitərəfli münasibətlərə dair bir sıra mövzular, o cümlədən iki ölkə arasında ticarət dövriyyəsinin 75 milyard dollara çatdırılması məsələsi müzakirə olunub.
Nazir rəsmi Ankaranın Rusiyadan aldığı “S-400”ə dair müzakirənin müsbət keçdiyini vurğulayıb.
“Prezidentimizin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan- red.) bəzi ismarıcları var idi, onları ABŞ Prezidentinə çatdırdıq”, – B.Albayrak vurğulayıb.
O, yaxın zamanda D.Tramp ilə R.T.Ərdoğan arasında görüşün keçirilə biləcəyini də bildirib.
Qeyd edək ki, B.Albayrak Beynəlxalq Valyuta Fondu – Dünya Bankı və “Böyük-20”-nin (G-20) toplantılarına qatılmaq üçün ABŞ-da səfərdə olub. D.Trampla görüş bu toplantılar çərçivəsində keçirilib.
Xatırladaq ki, B.Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?