Şimali Koreya Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı danışıqları bərpa etmək barədə yeni strategiya təqdim etmə vaxtının bitmək üzrə olduğu haqda ABŞ-a xəbərdarlıq edib.
ABŞ-la münasibətlərə məsuliyyət daşıyan Şimali Koreya diplomatı cümə axşamı deyib ki, Pxenyanın ilin sonuna qoyduğu möhlət başa çatanadək ABŞ niyyətini həyata keçirmək üzərində işləməlidir.
KCNA dövlət xəbər agentliyinin veb səhifəsi Şimali Koreyanın Xarici İşlər Nazirliyinin ABŞ-la münasibətlər üzrə şöbəsinin direktoru Kuon Conq Quna istinadən yazıb ki, ABŞ-ın yaxın zamanlarda Şimali Koreyaya qarşı sanksiyaları bərpa etməsi düşmən münasibətidir və ötən il Şimali Koreya lideri Kim Conq Un və ABŞ prezidenti Donald Tramp arasında Sinqapurda keçirilən ilk sammitə hörmətsizlikdir.
Donald Trampla fevral ayında ikinci sammitdən sonra Kim Conq Un deyib ki, ABŞ-la 3-cü görüş Vaşinqton daha uyğun yanaşma üsulu seçərsə, mümkün ola bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?