Gürcüstanın xalis beynəlxalq investisiya mövqeyi 23,5 mlrd. dollar təşkil edib.
Bu barədə Gürcüstan Milli Bankının məlumatında bildirilib. Bu ilin martın 31-nə olan məlumata əsasən, bu göstərici son dörd rübün ÜDM-də -145,0% təşkil edir. Məlumatda qeyd olunub ki, bu göstərici rüblük müqayisədə 233,9 mln dollar pisləşib. Bununla yanaşı, qonşu ölkənin xalis beynəlxalq aktivləri 9,9 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki rübün göstəricisindən 37,5 mln. dollar çoxdur. Beynəlxalq öhdəliklər isə 271,4 mln. dollar artaraq 33,4 mlrd. dollar təşkil edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?