GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İCRA HAKİMİ SƏHİYYƏ İDARƏSİNİN RƏHBƏRİNİ SÖYÜR: “Zibil, cındır, impotent, o məktubu sənin ağzından soxub...”

İCRA HAKİMİ SƏHİYYƏ İDARƏSİNİN RƏHBƏRİNİ SÖYÜR: “Zibil, cındır, impotent, o məktubu sənin ağzından soxub...”

Tarix: 28-06-2019, 14:26 Bölmə :Dünya Baxış: 1 141
İCRA HAKİMİ SƏHİYYƏ İDARƏSİNİN RƏHBƏRİNİ SÖYÜR: “Zibil, cındır, impotent, o məktubu sənin ağzından soxub...”


Özbəkistanda yerli icra hakimiyyəti rəhbərlərinin tabeçiliklərindəki məmurlarla “dövlətçilik janrında” daha bir “tərbiyəvi söhbətinin” audioyazısı yayılıb.

Bu dəfə Əndican vilayətinin hakimi (icra hakimiyyətinin başçısı) Şöhrət Abdurəhmanov yerli müəssisə və təşkilat rəhbərlərinin iclasında iştirak edənlərə, o cümlədən vilayət səhiyyə idarəsinin rəhbərinə ağır söyüşlər yağdırıb. Abdurəhmanovun çıxışının audioyazısını “Azadlıq” radiosunun özbək xidmətinin redaksiyasına ötürüblər. Audioyazı 2 saat 36 dəqiqə davam edir.

Audioyazını göndərən mənbə bildirib ki, həmin səs yazısı iyunun əvvəllərində vilayətin Paytuq şəhərində keçirilmiş yığıncaqda qeydə alınıb. Yerli təşkilat rəhbərlərindən biri həmin səs yazısının icra hakiminə aid olduğunu təsdiqləyib.

Belə məlum olur ki, icra hakimi yerli səhiyyə idarəsinin rəhbərinin Əndicandakı zavodda istehsal olunan və yerli xəstəxanalara verilən şprislərin keyfiyyətsiz olduğu haqda səhiyyə nazirinə ondan xəlvəti yazdığı məktuba görə qəzəblənib. Səhiyyə naziri isə həmin məktub əsasında Baş prokurorluğa şikayət yazıb.

“Sən nəyə görə mənə ağıl öyrədirsən ey, vilayət səhiyyə idarəsinin rəhbəri, zibil, “mraz”, cındır. Mənə de görüm sən ümumiyyətlə nəsə barədə məlumatlısan?! Sən nə xəstəliklər haqda bilirsən, nə heç bir şey haqda! Sənin o nazirin, o zibil bu yaxınlarda gəldi yanıma, yaltaqlandı, sonra Əndicandan qayıdıb baş prokurora yazdı ki, guya mən tender keçirmədən keyfiyyətsiz şprisləri və əlcəkləri xəstəxanalara verirəm. Sən “mrazsan”, düdüksən, sabah səni məhv edəcəm, zibil. Baş prokuror mənə deyir: “Şöhrət əkə, nazirlə danışın, o sizdən Baş prokurorluğa məktub yazıb”. Sənin şprislərlə bağlı nə iradın ola bilər, zibil? Əgər sən tibb işçisi kimi nəsə qanırsansa bu şprislər necə keyfiyyətsiz ola bilər?”,-Şöhrət Abdurəhmanov vilayət səhiyyə idarəsinin rəhbəri Avazbek Abdurəhmanova deyir.



Bu vaxt səhiyyə rəhbəri icra hakiminə nəsə cavab verməyə çalışır, amma icra hakimi daha da qəzəblənir.

“Əgər sən etiraz etmişdinsə nəyə görə nazirin belə eləyib? Axı nəzarət-təftiş idarəsi mənim yox, sənin evinə gəlmişdi. Sən hara baxırdın, zibil? Nəyə görə onun əlindən tutub demədin ki, gəl hakimin yanına gedək? İt, deyirsən ki, şprislər və əlcəklər keyfiyyətsizdir, bəs bu haqda mənə niyə heç nə deməmisən?! Sən zibilsən, iki cəbhəyə işləyirsən! Sənin dilini qopardacam, “mraz”, dilini qopardıb d....soxacam! Sən mənimlə oyun oynamaq istəyirsən, impotent? Mənə yaxşı qulaq as, bu gün hakimiyyət mənim əlimdədir! Sizin ikinizi də doğrayacam, zibillər!”,-icra hakimiyyəti qışqırır.

Ş.Abdurəhmanov “alovlu” nitqinə davam edərək şprisləri və əlcəkləri niyə Daşkənd firmalarından yox, Əndicandakı zavoddan aldığı haqda da danışır.

“Daşkənddən hansısa zibil haradansa şpris idxal edir. Bir neçə adam isə yuxarıda bundan 15-20 faiz olmaqla öz haqqını alır. İndi isə onlar qorxuya düşüblər ki, payları əldən çıxacaq! Mən də ora pul köçürmürəm, deyirəm ki, öz zavodlarımızdan alacam. Bütün o baş həkimləri yığdım, hansı ki, başları p...dadır. Axı mən sənin xəstəxanana da getdim, hansı ki, ömrümdə getməmişdim. Hamını toplayıb dedim: “Budur sizə şprislər, budur sizə əlcəklər, əgər keyfiyyəti ilə bağlı hansısa iradlarınız varsa deyin. Hamısı arxalarını qısıb susdular. Hazırda mənim şpris zavodumda 150 adam işləyir, əgər mən bu şprisləri sata bilməsəm adamlar maaş ala bilməyəcəklər. Bu zavod mənə vergi ödəyir. Sahibkar pul qoyub, zavod tikib. Mən kömək etməsəm sabah müflis olacaq. Nəyə görə mən iki daşkəndlinin çaldığı düdüyə oynayıb onlardan şpris almalıyam?! Bu itlər həmin düdüyün (nazirin) yanına gedib məktub yazdırıblar. Yazıblar ki, mən keyfiyyətsiz mal buraxıram. Nədir burda keyfiyyətsiz?! Sən əvvəlcə bunu sübut elə, “mraz”!”-Abdurəhmanov qışqırmaqda davam edir.

Bu vaxt kimsə zaldan nəsə deməyə çalışır, amma hakim söyməkdə davam edir. “Mən Baş prokurorluğa yazdığın həmin məktubu gətirib sənin ağzına soxacam, dalından çıxaracam”,-o, səhiyyə idarəsinin rəhbərinə deyir.

Əndican vilayət səhiyyə idarəsinin əməkdaşlarından biri deyib ki, icra hakimi ilə səhiyyə idarəsi rəhbəri arasında münaqişə əndicanlı həkimlərin səhiyyə nazirinə müraciətindən sonra yaranıb.

“Vilayət hakimi bütün rayon səhiyyə şöbələrinə əmr edib ki, büdcədən ayrılan pullar hesabına şprisləri və əlcəkləri ancaq Əndicandakı zavoddan alsınlar. Lakin həkimlər Səhiyyə Nazirliyinə həmin şprislərin və əlcəklərin keyfiyyətsiz olduğu haqda şikayət yazıblar. Bundan sonra Daşkənddən işçi qrupu gəlib, vəziyyəti öyrənib və hakimə izah edilib ki, düz eləmir. Bu da hakimi qəzəbləndirib, ona görə səhiyyə idarəsinin rəhbərini söyüb və iclasdan qovub. Yəni maraqların toqquşması baş verib. Hakim istəyir ki, malı ancaq ondan alsınlar, vilayət səhiyyə idarəsində isə malı kimdən hansı qiymətə almaq məsələsində qərarı özləri vermək istəyir”,-mənbə deyib.

İyunun 27-də, bu səs yazısının yayılmasından sonra sosial şəbəkələrdə xəbər yayılıb ki, Əndican səhiyyə idarəsinin rəhbəri Avazbek Abdurəhmanov işdən çıxarılıb. Lakin həmin gün “Azadlıq” radiosu ilə telefon söhbətində Abdurəhmanov bu informasiyanı təkzib edib, icra hakiminin onu söydüyünü “xatırlamadığını” bildirib./Virtualaz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Sizin bağırsaqlarınızı söküb boğazınıza dolayacam, əclaflar! ...“ - İCRA HAKİMİ QƏNİYEV VERGİ RƏİSİNİ HƏDƏLƏYİR

    “Sizin bağırsaqlarınızı söküb boğazınıza ...

    30-05-2019, 15:02

  • 
  • Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərindən biri ləğv olunub

    Yerli icra hakimiyyəti orqanlarının ...

    5-04-2018, 10:04

  • 
  • Səhiyyə Nazirliyi icra hakimiyyətini məhkəməyə verdi

    Səhiyyə Nazirliyi icra hakimiyyətini məhkəməyə ...

    29-08-2014, 12:30

  • 
  • Hacıqabul icra başçısı ilə Afiq Kərimov "şərikliyi"

    Hacıqabul icra başçısı ilə Afiq Kərimov ...

    12-01-2015, 21:06

  • 
  • Masallıda icra nümayəndələrindən 2000 manat yığılır

    Masallıda icra nümayəndələrindən 2000 manat ...

    18-07-2014, 12:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu