Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində azı 34 nəfər həlak olub, 68 nəfər isə yaralanıb.
Gundemxeber.Az xəbər verir ki, Sinxua agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, terror aktı paytaxtın diplomatik məhəlləsində törədilib. Ərazidə Əfqanıstan Milli Müdafiə Nazirliyinin binalarından biri yerləşir. Hadisə yeri təhlükəsizlik qüvvələri tərəfindən əhatəyə alınıb. Yaralananlar təcili olaraq yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb.
TOLOnews telekanalının verdiyi digər xəbərə görə, terror aktı ilə əlaqəsi olan iki silahlı qonşu binada gizlənib. Silahlılarla təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında atışma gedir.
Ölkədə fəaliyyət göstərən heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?