Gürcüstanın Kutaisi və Qori şəhərlərində daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə aksiya keçirilib.
Aksiyaları müxalif Vahid Milli Hərəkat Partiyasının gənc üzvləri təşkil edib. Aksiyaçılar Kutaisi şəhərində mərkəzi avtomobil yolunu bir neçə dəqiqə ərzində bağlayıblar. Onlar iyunun 20 və 21-də Tbilisidə keçirilən aksiyanın zor gücünə dağıdılması zamanı gənclərin xəsarət alması ilə bağlı məsuliyyətin G.Qaxarianın üzərinə düşdüyünü bildiriblər. Qoridə də keçirilən aksiyada gənclər avtomobil yolunu bağlayıblar və əllərində “Qaxaria get!” şüarının olduğu plakatlar tutublar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?