İran zənginləşdirilmiş uranın səviyyəsini 3,67-ə çatdıracaq.
Gundemxeber.az xəbər verir ki, bunu ölkə prezidenti Həsən Ruhani deyib. Prezident bildirib ki, artım iyulun 7-dən etibarən başlayacaq. “Nüvə sazişinə bağlı qalan tərəflər verdikləri vədi yerinə yetirməsələr, Araq Nüvə reaktoru keçmişdəki fəaliyyətinə yenidən başlayacaq”,- Ruhani qeyd edib. Bildirib ki, razılaşmanın digər tərəfləri vədlərinə sadiq qalsa, İran da öhdəliklərini yerinə yetirəcək. İran prezidenti, həmçinin, Avropa və ABŞ-a müzakirə çağırışı edib. Qeyd edək ki, İran mayın 8-də ABŞ-ın sanksiyalarına qarşı zənginləşdirilmiş uranın həcmini artıracağını açıqlamışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?