"Mən Azərbaycan və gürcü xalqlarının müdrikliyinə inanıram. Biz yüzilliklərdir ki, xeyirxah dünyada yaşayırıq".
Gundemxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Gürcüstan-Azərbaycan sərhədinin keçdiyi Keşikçidağ monastır kompleksi ətrafında baş verən hadisələrlə bağlı danışarkən deyib.
Gürcüstanın keçmiş prezidenti qeyd edib ki, daha əvvəl o öz "feysbuk” səhifəsində bütün bu hadisələr haqda fikrini bildirib.
M.Saakaşvili vurğulayıb ki, ona yalnız bütün bu problemlərin həll olunmasını və Azərbaycanla Gürcüstanın yaxşı qonşuluq münasibətlərini saxlamalarını və inkişaf etdirmələrini arzulamaq qalır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?