Birləşmiş Ştatlar İraq Kürdüstanının İrbil şəhərində Türkiyənin bir diplomatının ölümülə nəticələnən hücumu qınayıb.
“Biz bu gün İrbil şəhərində bir türk diplomatın qətlə yetirildiyi hücumu ən kəskin şəkildə qınayırıq. Bu kimi mənasız zorakılığa heç bir bəraət ola bilməz”
Biz hadisə qurbanlarının ailələrinə başsağlığı bildiririk və hadisə zamanı yaralananların tez zamanda sağalacağına ümid edirik.
Birləşmiş Ştatlar Türkiyə və İraq hökumətləri və xalqlarına dəstək göstərilməsi ilə bağlı təəhhüdlərini bir daha təkrarlayır” –deyə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.
Türkiyə Xarici İşlər Nazirliyi İraq Kürdüstanının İrbil şəhərində restoranda törədilmiş hücum zamanı Türkiyə konsulluğunun bir diplomatının qətlə yetirildiyini təsdiqləyib.
Anadolu xəbər agentliyi restoranın sahibinə istinadən hücumçunun konsulluq işçilərinin restorana gəldiyi zaman iki silahdan atəş açdığı haqda məlumat verib.
İraqın dövlət televiziyası hadisə qurbanının Türkiyənin İrbildəki konsulunun müavini olduğunu bildirib. Agentlik qrupda olan digər insanların da öldüyü haqda məlumat verib.
Türkiyə Xarici İşlər Nazirliyi İraq hökuməti və yerli rəsmiləri hücumu törədənləri tez zamanda tapmağa çağırıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hücumu kəskin şəkildə qınayıb.
Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?