Türkiyə Suriyanın şərqindəki Quta bölgəsində üsyançıların nəzarətində olan Duma şəhərində kimyəvi silahlardan istifadə edilməsini qınayıb. Bu haqda Türkiyə Xarici İşlər nazirliyinin açıqladığı bəyanatda bildirilir.
Suriyada müxalif fəallar və xilasetmə işçilərinin bildirdiyinə görə, Dəməşq yaxınlığında üsyançıların nəzarətində olan şəhərdə kimyəvi hücum nəticəsində azı 40 nəfər ölüb. Rəsmi Vaşinqton bildirib ki, məlumatlar təsdiq olsa, buna dərhal beynəlxalq cavabın verilməsini tələb edəcək.
“Biz hücumu kəskin şəkildə qınayırıq. Hücumun beynəlxalq ictimaiyyətə əvvəllər də kimyəvi silahlardan istifadə etməsi ilə məlum olan rejim tərəfindən keçirildiyinə dair ciddi şübhələr mövcuddur”, bəyanatda bildirilir.
Suriya prezidenti Bəşar Əsədin müttəfiqləri ilə Suriya böhranının siyasi həlli üzərində işləyən Türkiyədə Dumada hücumlarla bağlı beynəlxalq cavab verilməsinə çağırıb.
“Suriya rejimi ölkənin müxtəlif yerlərində fərqli vaxtlarda hücumların hesabını verməlidir”, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü bildirib.
Biz hücumu kəskin şəkildə qınayırıq. Hücumun beynəlxalq ictimaiyyətə əvvəllər də kimyəvi silahlardan istifadə etməsi ilə məlum olan rejim tərəfindən keçirildiyinə dair ciddi şübhələr mövcuddur “Beynəlxalq ictimaiyyət bütünlüklə, xüsusilə də Suriya rejiminə təsiri olan ölkələr belə müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin qarşısının alınması üçün zəruri addımların atılmasına görə məsulyyət daşıyır”, İbrahim Kalının açıqladığı bəyanatda bildirilir.
ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert açıqladığı bəyanatda Birləşmiş Ştatların aprelin 7-i Suriyanın Duma şəhərində kimyəvi silahlardan yenidən istifadə edildiyinə dair verilmiş məlumatları yaxından izlədiyini bildirib.
Birləşmiş Ştatlar Rusiyanı Suriya hökumətinə dəstəyə dərhal son qoymağa və kimyəvi hücumlardan gələcəkdə istifadə edilməsinə yol verməmək üçün beynəlxalq ictimaiyyətlə işləməyə çağırıb.
“Rusiya rejimə güclü dəstək verməklə son nətcədə çox sayda mülki vətəndaşı hədəf alan kimyəvi silahların tətbiq edilməsi ilə belə qəddar hücumlara görə məsuliyyət daşıyır”, Nauertin verdiyi bəyanatda deyilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?