ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Türkiyədə Milli Müdafiə naziri Hulusi Akarla görüşüb.
Gundemxeber.az bildirir ki, görüşdə Fəratın şərqində suriyalı qaçqınların yaşaması üçün təhlükəsiz bölgəsinin yaradılması və İŞİD-lə mübarizə əsas müzakirə mövzusu olub.
Məlumata görə, sabahdan tərəflər birgə təhlükəsiz zonaların yaradılması üçün əvvəlcən razılaşdırılmış ərazilərdə əməli işə başlayacaqlar.
Bundan əlavə, görüşdə Akarın Ceferidən PKK/YPG terror qruplarına verilmiş Amerika istehsallı silahların geri toplanılmasını istədiyi də bildirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?