ABŞ-ın Suriyadan çəkilmə qərarı verməsindən sonra terror təşkilatı YPG/PKK ilə Bəşşar Əsəd rejimi rəsmilərinin Qamışlı rayonunda toplantı təşkil etdikləri iddia edilib.
London mərkəzli Suriya İnsan Haqları Təşkilatının internet saytında yer alan iddiaya görə, ABŞ-ın Suriyadakı əsgərlərini çəkmə qərarı verməsindən sonra YPG/PKK rəhbərləri ilə yüksək səviyyəli Əsəd rejiminin rəsmiləri ölkənin şimal-şərqindəki Hasəkə rayonuna bağlı Qamışlı qəsəbəsində bir araya gəlib. Görüşdə, Deyrizor rayonunda terror təşkilatının işğalındakı neft yataqlarının rejim qüvvələrinə təhvil verilməsi, Türkiyənin Fəratın şərqinə keçirəcəyi hərbi əməliyyat və ABŞ-ın çəkilməsi məsələləri müzakirə olunub./müxalifət.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?