Gundemxeber.Az xəbər verir ki, hadisə Adana şəhərində baş verib.
Fazilin anası Aysel Sayılır dünən səhər saatlarında oğlunu evdə tapa bilmiyib və onun balıq tutmaq üçün getdiyi əraziyə yollanıb. Ana oğlunun motosikletini, paltarlarını və digər əşyalarını çayın kənarında tapıb. Onun polisə müraciətindən bir gün sonra - bu gün Fazilin cansız bədəni körpünün altında aşkarlanıb.
Faciəli hadisədə ən çox diqqət çəkən məqam isə ananın oğlunun cəsədini axtararkən polisə və media mənsublarına verdiyi açıqlama olub. Oğlunun 11 yaşından bəri narkotik aludəçisi olduğunu vurğulayan ana onun ölümünə sevindiyini bildirib.
"Əgər oğlum ölübsə, bu mənim bayramımdır. Oğlum narkotikdən qurtuldu, hər gün 300 lirə tapmaqdan yorulmuşdum. Oğlumun ölüsü tapılarsa, konfet paylayacağam", -deyən A.Sayılır göz yaşı töküb.
Sorğu
Yeni dizaynımız necədir?