Rusiyada 1 milyard rubl (15 milyon 764 min 706 dollar) dələduzluqda ittiham edilən erməni əsilli iş adamı Oleq Mkrtcanı 9 il müddətinə azadlıqdan məhrum oluna bilər.
Gundemxeber.Az xəbər verir ki, bunu istintaqa yaxın mənbə bildirib.
O.Mkrtcanın hazırda Moskva şəhər Məhkəməsində mühakimə olunur. Prosesdə dövlət ittihamçısı çıxış edərək erməni əsilli iş adamına 9 il həbs cəzası verilməsini istəyib.
Qeyd edək ki, O.Mkrtcan əvvəllər Ukrayna Metalurgiya Şirkərinin Donbas Sənaye İttifaqının baş direktoru işləyib. O, 2018-ci ildə dələduzluğa görə tutulub.
“Fokus” jurnalının reytinq cədvəlinə əsasən, O.Mkrtçan 2012-ci ildə Ukraynanın 200 ən varlı vətəndaşları sırasılnda 14-cü yerdə qərarlaşıb. Onun var-dövləti 1,25 milyard dollar dəyrindədir. O.Mkrtçan Rusiya və Ukraynanın vətəndaşıdır.
O, Krasnodarın "Kuban" futbol klubunun keçmiş sahibidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?