Şərqi Aralıq dənizindəki enerji axtarışlarında uğurlu nəticə əldə edən Türkiyə çıxarılacaq təbii yanacağın emalı və paylanması kimi məsələlərdə yeni həmlə edəcək.
Ankara xarici şirkətlərin xidmətinə üstünlük verəcək.
Bunun üçün ilk olaraq Rusiya ilə əməkdaşlığın qurulması nəzərdən keçirilir. İlk namizəd “Rosneft” şirkətidir. Türkiyə Energetika və təbii sərvətlər naziri Fatih Dönmez jurnalistlərə açıqlamasında bildirib ki, Şərqi Aralıq dənizindəki işlərlə bağlı bəzi şirkətlərlə görüşlər keçirilir. Bu açıqlamanın ardınca Rusiyanın Energetika naziri Aleksandr Novak da Şərqi Aralıq dənizində Türkiyənin Rusiya ilə əməkdaşlıq edə biləcəyinə dair fikirlərini açıqlayıb. Bildirib ki, bu bölgədə Rusiyanın uğurlu layihələri var. Əgər layihə hər iki tərəfi qane edərsə, Rusiya Türkiyə ilə işbirliyi edə bilər.
ABŞ Geoloji Araşdırmalar Mərkəzinin bilgisinə görə. Bölgədə 3,5 trilyon kubmetr təbii qaz, 8 milyard barel neft ehtiyatı var. Bu enerji bölgə ölkələri ilə yanaşı, qlobal geclərin də maraq dairəsindədir. Şərqi Aralıq dənizindən Türkiyə və Şimali Kipri kənarlaşdırmaq üçün Avropa İttifaqının dəstəyindən istifadə edən Cənubi Kipr, Yunanıstan və İsrail kimi faktorlar var. ABŞ, Fransa və İtaliya isə Cənubi Kipr hökumətini adanın sahibi kimi görür. Bu ölkələr arasındakı əməkdaşlıq neft ehyiyatına görə güclənməkdədir.
Türkiyə Şərqi Aralıq dənizindəki enerji hasilatından kənarda qalmaq istəmir. Buna görə də qlobal güclərə qarşı müqavimətini artırmaq üçün dənizə 3 ədəd qazma gəmisi göndərib. Avropa İttifaqının sanksiya təhdidlərinə baxmayaraq, Türkiyə qazma işlərini davam etdirib və uğurlu nəticə qazanıb.
Sorğu
Yeni dizaynımız necədir?