GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Neftə görə Aralıq dənizində hərbi qarşıdurma başladı, Bakı kənara çəkildi

Neftə görə Aralıq dənizində hərbi qarşıdurma başladı, Bakı kənara çəkildi

Tarix: 4-11-2014, 12:54 Bölmə :Siyasət Baxış: 0
Neftə görə Aralıq dənizində hərbi qarşıdurma başladı, Bakı kənara çəkildi
Yunan mediasına istinadən Türkiyənin Aralıq dənizinin şərqində, Kipr adası yaxınlığındakı mübahisəli sularda neft kəşfiyyatına başlamaq üçün Azərbaycanla anlaşdığı haqda yazmışdıq.

Virtualaz.org saytı yunan Kiprində nəşr olunan “Simerini” qəzetinə istinadən xəbər vermişdi ki, Türkiyənin dövlət neft şirkəti TPAO Aralıq dənizində, mübahisəli sularda neft-qaz kəşfiyyatına başlamaq üçün ARDNŞ-dən iki üzən qazma qurğusunu kirayə götürmək barədə anlaşma əldə edib.

Mənbə iddia edirdi ki, ARDNŞ Türkiyə şirkətinə 700 metrə qədər dərinlikdə qazma həyata keçirə bilən “Dədə Qorqud” və “Heydər Əliyev” qazma qurğularını kirayə verməyə razılaşıb. Tərəflər arasında anlaşma bir həftə əvvəl əldə edilib və gözlənilirdi ki, bu həftə anlaşma rəsmən elan ediləcək.

Virtualaz.org saytının dünən ARDNŞ-dən bu xəbərlə bağlı şərh almaq cəhdləri nəticə verməyib. Bəzi ekspertlərə görə isə ümumiyyətlə ARDNŞ-in sərəncamında olan üzən qazma qurğularının Aralıq dənizinə aparılması naviqasiya baxımından real deyil.

Bu gün isə ARDNŞ-dəki mənbə “Trend”ə ARDNŞ şirkətin Aralıq dənizində karbohidrogenlərin kəşfiyyatının aparılması haqqında Türkiyə ilə heç bir razılaşmaya malik olmadığını bildirib. ARDNŞ nümayəndəsinin sözlərinə görə, bu gün ümumiyyətlə karbohidrogenlərin birgə kəşfiyyatı haqqında məsələyə baxılmır.

Həmçinin bu gün həm Yunanıstan, həm də Türkiyə mediası Aralıq dənizində neft yataqları uğrunda qarşıdurmanın yenidən qızışdığı haqda xəbərlər dərc edib.

Neftə görə Aralıq dənizində hərbi qarşıdurma başladı, Bakı kənara çəkildi

“Vatan” qəzetinin yazdığına görə, Yunanıstan və yunan Kiprinin (Kipr Respublikası) İtaliya və ABŞ şirkətləri ilə anlaşaraq mübahisəli hesab olunan “Afrodita” adlı bölgədə kəşfiyyat işlərinə başlamasına cavab olaraq Türkiyə “Barbaros Hayrettin” kəşfiyyat gəmisini 3 hərbi gəminin və bir sualtı qayığın müşayiəti ilə bölgəyə göndərib.

Yunan mediasından götürülmüş bu xəbərdə deyilir ki, Türkiyənin kəşfiyyat-axtarış gəmisini “Gelibolu”, “Göksü” və “Yavuz” adlı freqatlar, habelə “Burak Rəis” adlı sualtı qayıq müşayiət edir. Bu gəmilərin müşayiəti ilə “Barbaros Hayrettin” kəşfiyyat gəmisi Türkiyə sərhədlərinə ən yaxın olan Meis adası ətrafında neft-qaz kəşfiyyatına başlamağa hazırlaşdığı bildirilir.

Neftə görə Aralıq dənizində hərbi qarşıdurma başladı, Bakı kənara çəkildi

Yunanıstanda nəşr olunan “Proto Thema” qəzetinin yazdığına görə, rəsmi Afina buna cavab olaraq yunan hərbi donanmasının bir freqatını və “Proteus” adlı sualtı qayığını bölgəyə göndərməyə qərar verib. Yunanıstan hökumətindəki mənbə bildirib ki, lazım olsa, bütün donanmanı həmin bölgəyə yeridəcəklər. Qəzetə danışan Pentaqon rəsmisi isə Aralıq dənizində “bütün tərəflər üçün təhlükəli oyun oynandığını” deyib.

Gözlənilir ki, gərginliyin artmasına görə Yunanıstanın baş naziri Antoni Samaras Kipr Respublikasına gedərək bu ölkənin lideri Anastasiadasla ortaq strategiya müəyyən edəcək. Yunan mediası onu da yazır ki, bu ay ərzində Türkiyəyə səfər edəcəyi gözlənilən ABŞ vitse-prezidenti Cozef Bayden Anastasiadasla telefon danışığında Ankaraya səfəri zamanı türklərdən Kiprə aid iqtisadi zonada neft-qaz kəşfiyyatını dayandırmağı tələb edəcəyinə söz verib.

Qəzet onu da yazıb ki, Türkiyə bölgədə neft platforması yerləşdirmək üçün Azərbaycan və Rumıniyadan kömək istəyib.

Neftə görə Aralıq dənizində hərbi qarşıdurma başladı, Bakı kənara çəkildi

Məlumatda deyilir: “Lakin azərilər “yunanlarla münasibətlərimiz çox yaxşıdır” deyərək bu təklifi rədd ediblər. Rumıniya hökuməti isə 1,5 milyard dollara başa gələn üzən platformanı Türkiyəyə satmağa müsbət baxır. Neft platformasının 2 il ərzində hazır olması gözlənilir”.

Türkiyə mətbuatı onu da yazır ki, ötən həftə Qahirədə Misir, yunan Kipri və Yunanıstanın xarici işlər nazirlərinin iştirakı ilə danışıqlar olub. Bu danışıqlarda Aralıq dənizində neft və qaz hasilatı məsələsində üç ölkənin birgə hərəkət etməsi qərarlaşdırılıb.

Xatırladaq ki, Avropa İttifaqı da Türkiyəni yunan Kipri sahillərində neft-qaz axtarışlarını dayandırmağa çağırıb. Lakin Türkiyə bildirir ki, Şimali Kipr Türk Respublikasının da bu bölgədə iqtisadi maraqları var və Türkiyə yunan tərəfinin birtərəfli qaydada neft-qaz axtarışlarına başlamasına cavab olaraq bütün lazım olan addımları atacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ARDNŞ: "Mübahisəli ərazilərdə işləmirik"

    ARDNŞ: "Mübahisəli ərazilərdə işləmirik" ...

    4-11-2014, 12:35

  • 
  • ARDNŞ 7 idarəni ləğv etdi, 1100 neftçi işsiz qaldı

    ARDNŞ 7 idarəni ləğv etdi, 1100 neftçi işsiz qaldı ...

    28-12-2013, 12:55

  • 
  • Aralıq dənizində böyük qarşıdurma: Rusiya və Türkiyə ilk siqnalları verdi

    Aralıq dənizində böyük qarşıdurma: Rusiya və ...

    29-07-2019, 17:44

  • 
  • ARDNŞ-də 1100 nəfərə “işdən çıxırsınız” bildirişi verildi

    ARDNŞ-də 1100 nəfərə “işdən çıxırsınız” bildirişi ...

    23-12-2013, 12:34

  • 
  • SOCAR və “KazMunayQaz” arasında anlaşma memorandumu imzalanıb

    SOCAR və “KazMunayQaz” arasında anlaşma ...

    28-01-2019, 11:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu