Gürcüstan parlamentinin sabiq spikeri David Usupaşvili ölkə hakimiyyətini Anaklia limanının fəaliyyəti məsələsində "məsuliyyətsiz yanaşmaya" görə tənqid edib.
Gundemxeber.Az bildirir ki, eks-spiker bu vacib layihənin şəxsi, fərdi, imperial və ya hər hansı bir maliyyə maraqlarının qurbanına çevrildiyini deyib.
David Usupaşvili qeyd edib ki, Keşikçidağ (David Qareci) monastır kompleksilə əlaqədar vəziyyətin kəskinləşməsi liman məsələsi ilə üzvi surətdə çulğaşır, çünki Azərbaycanla münasibətlərin gərginliyi layihələrin belə tipinin mənasının itməsinə sövq edir.
"Əminəm ki, David Gareci ilə əlaqəli problemlərin mürəkkəbləşməsi bu məsələ ilə sıx əlaqəlidir, Azərbaycanla münasibətlərimizi pisləşdirsək, yalnız Anakli və Poti limanlarını bağlamalı olmayacağıq. Çünki bu cür layihələr yalnız çox vacib yüklərin daşıyıcısı olduğumuz zaman strateji və siyasi əhəmiyyət kəsb edir”,-deyə Usupaşvili vurğulayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?