GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » PREZİDENT 3 İCRA BAŞÇISINI QOVDU, NAZİRİ TƏHQİR ETDİ – “Vicdansız, səviyyəsiz, satqınsınız…“

PREZİDENT 3 İCRA BAŞÇISINI QOVDU, NAZİRİ TƏHQİR ETDİ – “Vicdansız, səviyyəsiz, satqınsınız…“

Tarix: 5-08-2019, 10:34 Bölmə :Dünya Baxış: 574
PREZİDENT 3 İCRA BAŞÇISINI QOVDU, NAZİRİ TƏHQİR ETDİ – “Vicdansız, səviyyəsiz, satqınsınız…“


Özbəkistan prezidenti Şövkət Mirziyoyev baş nazir Abdulla Aripova və prezident administrasiyasının rəhbəri Zaynilobiddin Nizomiddinova Fərqana, Xorzəm və Qaşqadərya vilayətlərinin icra hakimlərinin vəzifələrindən uzaqlaşdırılması üçün göstəriş verib.

“Azadlıq” radiosunun özbək xidməti xəbər verir ki, dövlət başçısı bu tapşırıq haqda avqustun 2-də kiçik biznesin və sahibkarlığın inkişafına dair keçirdiyi selektor müşavirəsi zamanı bildirib.

“Mən Aripova və Nizomiddinova hakimlərin işdən azad edilməsi haqda öz təkliflərini təqdim etməyi tapşırıram. Mənə bu lazım deyil! Mən bir daha təkrar edirəm, belə siyasətlə biz uzağa gedə bilmərik-zorakı siyasətlə! Əgər bu zorakı siyasət işləsəydi 10 il ərzində bizim vəziyyətimiz yaxşı olardı”,-Mirziyoyev deyib.

Müşavirə zamanı prezident Xorəzm vilayətinin hakimi Farxod Yermanovu evləri sökülmüş minlərlə sakininin kompensasiyaya görə Urqenç rayonunda bir neçə gün əvvəl yolu bağlamasına imkan verdiyi kəskin tənqid edib.

“Mənim siyasətimə daha çox Xorəzm vilayətinin hakimi cənab Yermanov zərər vurub. Mən sənə və sənin kimi vicdansızlara internetdə yazılmış “təbrikləri” göndərirəm ki, oxuyasınız”,- Özbəkistan prezidenti bildirib.

Mirziyoyev deyib ki, o Urqenç şəhər hakimi Şuxrat Abdullayevin cinayət məsuliyyətinə cəlb olunacağını deyəndə Yermanov onun vəkili kimi çıxış edib və baş nazirə xahişlə müraciət edərək Abdullayevi qoruyub. “Bax budur sənin “dostluğunun” nəticəsi. Get internetdə səninlə mənim dostluğum haqda yazılan şərhləri oxu”,-o icra hakimini danlayıb.

“Əgər sən vicdansız mənim dostum olsaydın belə etməzdin. Nəyə görə sən binanı sökmüsən? İnternetdəki şərhləri oxu. Baş nazirin səfərindən sonra insanlar nə yazırlar? Orada sənin foton yoxdur, təkcə baş nazirin fotosu var. İnsanlar isə altından şərh yazıb prezidentin siyasətini lənətləyirlər”,-Mirziyoyev deyib.

Prezident çıxışında bildirib ki, Yermanov və tabeçiliyindəkilər ona düşmənçilik ediblər. “Bəyəm binanı sökməzdən əvvəl başını işlətmək belə çətin idi? Üstəlik lovğalanırsan ki, onlara 30-50 milyard kompensasiya verilib. Bəyəm bu sənin pullarındır? Bu pullar Maliyyə Nazirliyinindir? Yaxud Özbəkistanın sənin qarşısında borcu var?”,-Mirziyoyev qəzəbli çıxışına davam edib.

Mirziyoyev bildirib ki, hansısa məmuru işdən çıxarmaq və ya barəsində cinayət işi qaldırmaq məsələsi qalxanda Yermanov dərhal onların vəkili kimi çıxış edir.

“Mən internetdəki bu şərhləri oxuyandan sonra öz kabinetimdə necə sakit otura bilərəm?”,-prezident hakimə deyib.

Xatırladaq ki, Urqenç rayonunda evləri sökülən 400-dən çox ailə bir neçə ay ərzində kompensasiya ala bilməyiblər və açıq havada qurduqlarrı çadırlarda, komalarda yaşamalı olublar. Nəhayət iyulun 26-dn 27-nə keçən gecə evləri sökülən bir neçə min sakin küçələrə çıxıb və yolu bağlayıb. Ertəsi gün baş nazir Aripov Urqençə gedib və etirazçılara kompensasiya ödənilib.

Müşavirə zamanı dövlət başçısı Qaşqadərya vilayətinin hakimi Zəfər Ruziyevi də bərk danlayıb. Prezident bildirib ki, hakim onun siyasətini “bütün dünyada biabır edib”.

“Qaşqadəryada Ruziyev familiyalı bir hakim var. Beş il boyu kənd təsərrüfatı naziri olmuş vicdansız. İnternetdə şərhləri oxu. Sənin tabeçiliyindəkilərdən biri yerli sakinlərdən biri ilə dalaşıb və məni bütün dünyada biabır edib. Deyirsən bu sənin rayonundur, istədiyini edəcəksən. Sənin normal kadrların yoxdur, üstəlik Dekxanabadı istəyirsən. Bax budur sənin “dostluğun”. Mən şəffalığa can atıram, hakimiyyətin imicini möhkəmləndirmək istəyirəm, sən isə mənə bu cür “dostluq” edirsən”,-Mirziyoyev belə deyib.

Müüşavirə zamanı prezident bildirib ki, evlərin sökülməsi haqda heç kimə göstəriş verməmişdi.

“Vicdansızlar, sizlərdən kimə tapşırıq vermişəm ki, evləri sökün? Mən sizə dedim ki, əvvəlcə sakinlərlə razılaşın. Sonra cənab Zakirovla oturub layihə hazırladıq, baş nazirlə razılaşdırdıq, sonra binaları sökün dedik. Mən belə tapşırıq vermişəm. Bax budur sənin “dostluğun”, cənab Ruziyev!”,-o çıxışında deyib.

Xatırladaq ki, iyulun 20-də Qaşqadərya vilayətinin Yakkabaq rayonunda sahibkar rayon icra hakiminin müavininin üstünə benzin töküb və od vurub. Sahibkar bunu öz mağazasını və sexini onunla razılaşdırmadan, kompensasiya ödənilmədən “Abad məhəllə” layihəsi çərçivəsində sökülməsinə etiraz olaraq edib. Bundan sonra rayon hakimi işdən azad edilib, müavini barəsində cinayət işi qaldırılıb.

Müşavirə zamanı Mirziyoyev Fərqana vilayətinin Riştan rayonundakı söküntü ilə bağlı da danışıb. Bildirib ki, vilayətin icra hakimi Şuxrat Qəniyev onun yetirməsi olsa da indi etimadı doğrultmur.

“Mən internet istifadəçilərinin Riştan rayonundakı söküntülər barədə şərhlərini oxudum. Sizə pul verirəm ki, onları kəndlərin abadlığına xərcləyəsiniz. Bax budur sənin “dostluğun”, cənab Qəniyev! İnsanlar öz şərhlərində ağlayırlar, amma orada sənin yox, prezidentin fotosunu qoyurlar. Sən də Yermanov kimi vicdansızsan, evlərin sökülməsi haqda sarsaq göstəriş vermisən. Bu söküntüdən əvvəl yaxşı olardı ki, öz başını söküb atasan. Bəyəm mən səni bunun üçün yetirmişdim, o qədər vaxt sərf etmişdim? Sən bütün Özbəkistanı biabır etmisən…”,-prezident bildirib.

“Vicdansız, mən sənə Riştan üçün pul verdim ki rayonu abadlaşdırasan, amma əvvəlcə insanların razılığını alasan. Cənab Qəniyv, təcrübəli hakim! Yermanov vilayətə təzə rəhbərlik edir, amma sən də, Ruziyev də satqınlarsınız! Bəyəm sənin kimi adamlla böyük işlər görə bilərik? Heç vaxt! Hətta sizə tapşırıq verməyə qorxuram. Çünki səviyyəniz, savadınız yoxdur, nə kitab oxuyursunuz, nə prezidentin fərmanlarını”,-Şövkət Mirziyoyev Fərqana vilayətinin başçısına deyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Sizin bağırsaqlarınızı söküb boğazınıza dolayacam, əclaflar! ...“ - İCRA HAKİMİ QƏNİYEV VERGİ RƏİSİNİ HƏDƏLƏYİR

    “Sizin bağırsaqlarınızı söküb boğazınıza ...

    30-05-2019, 15:02

  • 
  • Prezident daha bir icra başçısını işdən azad etdi - SƏRƏNCAM

    Prezident daha bir icra başçısını işdən azad etdi ...

    18-05-2018, 22:55

  • 
  • Prezidentin səs yazısı yayıldı: “Prokurorlardan zəhləm gedir, ən yekə oğru onlardır”

    Prezidentin səs yazısı yayıldı: “Prokurorlardan ...

    4-08-2017, 16:05

  • 
  • Özbəkistanın keçmiş daxili işlər naziri xəyanətdə ittiham edildi

    Özbəkistanın keçmiş daxili işlər naziri xəyanətdə ...

    25-12-2017, 18:52

  • 
  • Özbəkistan prezidenti bu həftə Vaşinqtona səfər edəcək

    Özbəkistan prezidenti bu həftə Vaşinqtona səfər ...

    14-05-2018, 09:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
slots
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu