Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkə başçısı kimi bu həftə Vaşinqtona ilk dəfər olaraq səfərini edəcək.
2002-ci ildə dünyasını dəyişmiş prezident İslam Kərimovun ABŞ-a səfərindən sonra bu, Özbəkistanın liderinin Ağ Evdə ilk dəfə qəbul edilməsi olacaq. Kərimov 2002-ci il mart ayında Birləşmiş Ştatların Əfqanıstanda hərbi əməliyyatların keçirilməsi üçün Özbəkistanda hərbi hava qüvvələrinin bazasından istifadə etməsinə icazə verildikdən bir neçə ay sonra Vaşinqtona səfər etmişdi. Əfqanıstan mövzusunun Mirziyoyevin Birləşmiş Ştatlara mayın 15-dən 17-ə qədər sürəcək səfəri zamanı yenə də gündəmdə olacağı gözlənilir.
2016-cı ilin sentyabr ayında Mirziyoyevin hakimiyyətə gəlməsindən sonra Özbəkistanda dəyişikliklər müşahidə edilir. Mirziyoyev hökuməti Kərimov dövründəki ciddi insan hüquqları pozuntularına yol verilməməsi istiqamətində addımlar atır. Yeni hökumət müəyyən dərəcədə Özbəkistan iqtisadiyyatının canlandırılmasına ehtiyac olduğu beynəlxalq tərəfdaşlığa da daha açıqdır.
Sorğu
Yeni dizaynımız necədir?