Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevə qarşı dövlət çevrilişi və qətl planlaşdırmaq ittihamları irəli sürülüb.
Sabiq prezident keçən həftə Qırğızıstanın təhlükəsizlik qüvvələrinin paytaxt Bişkek yaxınlığında Koy Taş kəndindəki iqamətgahında keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.
Atambayevin həbsi onun özünün seçdiyi varisi prezident Sooronbay Jeenbekovla ixtilafı intensivləşdirir. Xüsusi təyinatlı qüvvələr bundan bir gün öncə Atambayevi saxlamaq üçün keçirilən reyd zamanı onu nəzarət altına ala bilməyib.
Atambayevin iqamətgahında onun tərəfdarları ilə toqquşma bir nəfər polis işçisinin ölümü ilə nəticələnib. Keçmiş prezident korrupsiya işi ilə əlaqədar axtarışa verilmişdi.
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin tərəfdarları onun Koy Taş kəndindəki iqamətgahında xüsusi təyinatlı qüvvələrin reydi zamanı, avqust 7, 2019. Atambayevin həbsi onun özünün seçdiyi varisi Sooronbay Jeenbekovla Qırğızıstanı siyasi böhrana sürükləyə biləcək çəkişmənin güclənməsinə gətirib çıxara bilər.
Aslanbek Atambayev 2011-ci ildən 2017-ci ilə qədər Qırğızıstanın prezidenti olub və ölkə tarixində ilk dəfə olaraq dinc şəkildə hakimiyyəti Jeenbekova təhvil verib.
Qırğızstanın hazırkı prezidenti Sooronbay Jeenbekov Atambayevin saxlanmasından sonra Təhlükəsizlik Şurasının fövqəladə iclasında bildirib ki, ölümlə nəticələnmiş zorakılığa görə bütün məsuliyyəti Atambayev daşyır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?