Kriminal avtoriteti həbsdən azad etməkdə ittiham olunan dövlət başçısını ömürlük həbs cəzası gözləyir.
Gundemxeber.Az xəbər verir ki, Qırğızstanın sabiq prezidenti Almazbek Atambayev bu gün ölkə ərazisindəki Rusiyaya məxsus aviabazaya gələrək, oradan Moskvaya uçub. Jurnalistlərə açıqlama verən sabiq prezident deyib ki, Moskvada bir-iki günlük işləri və bizə görüşəcəyin adamlar var. Kriminal avtoriteti hÉbsdÉn azad etdi Hansı məsələ barəsində müzakirələrə gəldikdə, sabiq prezident bunu gizli olduğunu qeyd edib. Qeyd edək ki, ötən həftə Atambayev 3 dəfə Qırğızıstan Daxili İşlər Nazirliyinin Baş İstintaq idarəsinə kriminal avtoritet Aziz Batukayevin qanunsuz olaraq həbsdən azad edilməsi ilə bağlı şahid qismində ifadə verməyə çağrılıb. Lakin o heç bir dəvəti qəbul etməyərək, istintaqa ifadə verməyə getməyib. Qırğızıstan qanunvericiliyinə görə üç dəfə hüquq-mühafizə orqanlarının dəvətini qəbul etməyib gəlməyən şəxsin məcburi qaydada istintaqa dindirməyə gətirmək hüququ var. Qırğızıstan parlamenti xüsusi deputat komissiyası tərəfindən Atambayevin kriminal avtoriteti qanunsuz həbsdən azad etməsi ilə bağlı hazırladığı ittiham aktını iyunun 20-də prokurorluğa təqdim edib. İddiada Atambayevin Prezident olduğu müddətdə kriminal avtoriteti qanunsuz həbsdən azad etməsi, korrupsiya və digər qanunsuz fəaliyyətləri əks edilir. Əgər sabiq prezident barəsində irəli sürülən ittihamlar öz təsdiqini taparsa, o zaman onu ömürlük həbs cəzası gözləyir. Atambayev özü isə parlamentin onun barəsində hazırladığı ittihamı absurd hesab edib. Xatırladaq ki, Atambayev Qırğızıstana 2011-2017-ci illərdə rəhbərlik edib.
Sorğu
Yeni dizaynımız necədir?